Gündəm
10 yeni planet aşkarlandı
NASA-nın Kepler araşdırma qrupu Kepler teleskopu vasitəsilə Günəş sisteminin xaricini müşahidə edib. Rəsmi məlumatlara görə, teleskop Günəş sisteminin xaricində dünya böyüklüyündə və həyat ehtimalı olan 10 yeni planet aşkarlayıb. NASA-nın Kaliforniyadakı Elmi Araşdırmalar üzrə Astrofiziki Kepler proqramı çərçivəsində çalışan alim Mario Perez kəşflə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu naməlum planetlərin qalaktikadakı tezliklərini anlamaq və başqa bir dünya yarada bilmə missiyalarının olub-olmadığını dəqiqləşdirmək üçün NASA daxil olan informasiyalardan mümkün qədər çox faydalanacaq.
Nazirdən akademik borclar barədə əmr
Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na etdiyi dəyişikliyin tətbiqi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Bu il dünyanın ən böyük çöküşü olacaq, ABŞ və Qərb... -
Qlobal bazarların ən məşhur sərmayəçilərindən olan Cim Rocers Qərb dünyası üçün dəhşətli sayıla biləcək proqnozlar irəli sürüb. O, “Biznes İnsayder” qəzetinə müsahibəsində bir neçə il ərzində Qərb sisteminin tamamilə çökəcəyini söyləyib.
Təyyarədə dünyaya gələn körpə “ömürlük pulsuz bilet” hədiyyəsi qazandı
“Jet Airways” şirkətinə məxsus Boing 737 təyyarəsi hər il qəribə hadisələrlə yadda qalır. Təyyarə bu dəfə Səudiyyə Ərəbistanından Hindistana səfər edərkən Mumbayda məcburi eniş edib. Hadisəyə səbəb isə bir sərnişinin vaxtından əvvəl uşaq dünyaya gətirməsi olub. Xoşbəxtlikdən, sərnişinlər arasında tibb bacısı olub və ekipajın köməyi ilə uşaq heç bir problem yaşamadan dünyaya gəlib.
"Beşiktaş"a pis xəbər
"Beşilktaş"da qalıb-qalmayacağı hələ dəqiqləşməyən Taliska üçün ölkəsində daha bir iddia ortalığa atılıb. Portuqaliyanın məşhur idman internet saytı "Ojobo"nun yazdığına görə, Jose Mourinyonun maraq dairəsinə düşən braziliyalı ulduz oyunçu "Mançester Yunayted" ilə razılaşıb və transfer yaxın zamanda reallaşacaq.
Şimali Koreya türməsindən buraxılan amerikalı tələbə öldü
15 ay idi ki, Şimali Koreyada həbsdə saxlanılan tələbə Otto Uormbir Amerika Birləşmiş Ştatlarına gətiriləndən sonra vəfat edib. Bu barədə "Meduza"portalı xəbər yayıb. Şimali Koreya rəsmiləri Uormbirin 1 ildir ki, koma vəziyyətində olduğunu açıqlayıblar. Uormbirin zəhərləndiyi qeyd olunur. Amerikalı həkimlər isə onun başından ağır zərbə aldığını iddia edirlər.
Ən təhlükəli italyan mafioz saxlanıldı
Ən çox axtarışda olan italyan mafioz Polşada saxlanılıb. İtaliyanın "Kamorra" mafiya təşkilatının üzvü Antonio S.-i Polşa polisinin Mərkəzi İstintaq Bürosunun əməkdaşları saxlayıb. Həsbinə order verilən ən təhlükəli italyan cinayətkar Karpat bölgəsində gizlənmişdi.
Əli Həsənov: Ermənilər Şuşa məscidində donuz saxlayırlar
Bunu Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Əli Əhmədovdan sahibkarlara xəbərdarlıq
Azərbaycan hökuməti çalışır ki, vətəndaşların pensiya hüquqları indidən pozulmasın. Vətəndaşlar gələcəkdə onlara düşməli olan pensiyanı ala bilsinlər. Bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşdə deyib.
Əli Həsənov: Son 30 ildə qaçqın və məcburi köçkünlərin sayı 2, münaqişə zonalarının sayı 3 dəfə artıb
"Əslində bu gün hegemon, əraziləri və əhalisi çox olan ölkələr yeni çoğrafi məkanlar uğrunda, yeni regionlara nəzarət etmək, yeni ərazilərdə təbii sərvətlər əldə etmək uğrunda mübarizə aparırlar. Bu mübarizədən isə ərazisi və əhalisi az olan ölkələr əziyyət çəkirlər. Müasir dünyanın mənzərəsi budur və biz buna çox təəssüf edirik".
Türkiyədən Almaniyaya "İncirlik"lə bağlı TƏKLİF
Rəsmi Ankara Almaniyaya Hərbi Hava Qüvvələrinin "İncirlik" aviabazasından çıxarılması barədə qərara yenidən baxmağı təklif edir. Bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.
"Ermənistanın Baş Qərargah rəisi istefaya göndərilir" - KİV
Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahında yeni kadr dəyişiklikləri olacaq. Bu barədə "Jovohurd" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. "Böyük ehtimalla, Baş Qərargah rəisi Movses Akopyan vəzifədən kənarlaşdırılacaq, onu general-mayor Onik Qasparyan əvəzləyəcək.
İki jurnalist oğurlandı - Ordu hərəkətə keçdi
"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada oğurlanıb. Hollandiyalı jurnalistlərin itməsi xəbərini Niderland XİN təsdiqləyib və onların tapılması istiqamətində işlər aparıldığını bəyan edib.
42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı - Londonda dəhşət
İngiltərənin paytaxtı Londonda iyunun 14-də tamamilə yanan və 79 nəfərin həyatını itirdiyi yüksəkmərtəbəli binada bir otaqda bir-birinə sarılmış halda 42 nəfərin cəsədi tapılıb. Bu haqda Reuters agentliyi bildirib.
Növbəti buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlandı
DİM tərəfindən iyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir.














