İki jurnalist oğurlandı - Ordu hərəkətə keçdi
"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada oğurlanıb. Hollandiyalı jurnalistlərin itməsi xəbərini Niderland XİN təsdiqləyib və onların tapılması istiqamətində işlər aparıldığını bəyan edib.
20 İyun 2017 12:00 Dünya"İtənlər" teleproqramının iki jurnalisti Kolumbiyada oğurlanıb. Hollandiyalı jurnalistlərin itməsi xəbərini Niderland XİN təsdiqləyib və onların tapılması istiqamətində işlər aparıldığını bəyan edib. İtənlər 62 yaşlı müxbir Derke Bolte və 58 yaşlı operator Yeuqenio Follenderedir. Kolumbiya Silahlı Qüvvələri bəyan edib ki, onların oğurlanmasının məsuliyyəti "Milli Azadlıq Ordusu"nun üzərindədir. İnsident ölkənin şimalında, Venesuela ilə sərhəddə baş verib.Hadisə yerinə Kolumbiya ordusunun xüsusi dəstəsi göndərilib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31