Şimali Koreya türməsindən buraxılan amerikalı tələbə öldü

15 ay idi ki, Şimali Koreyada həbsdə saxlanılan tələbə Otto Uormbir Amerika Birləşmiş Ştatlarına gətiriləndən sonra vəfat edib. Bu barədə "Meduza"portalı xəbər yayıb. Şimali Koreya rəsmiləri Uormbirin 1 ildir ki, koma vəziyyətində olduğunu açıqlayıblar. Uormbirin zəhərləndiyi qeyd olunur. Amerikalı həkimlər isə onun başından ağır zərbə aldığını iddia edirlər.

Xatırladaq ki, Uormbir 15 ay əvvəl Şimali Koreyaya qarşı "düşmənçilik" etdiyinə görə həbs olunmuşdu. Ekspertlərin fikrincə, Otto Uormbirin həbsdə işgəncəyə məruz qalması faktı təsdiqlənərsə, bu, iki ölkə arasında, onsuz da, mürəkkəb olan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31