"Ermənistanın Baş Qərargah rəisi istefaya göndərilir" - KİV

Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahında yeni kadr dəyişiklikləri olacaq. Bu barədə "Jovohurd" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. "Böyük ehtimalla, Baş Qərargah rəisi Movses Akopyan vəzifədən kənarlaşdırılacaq, onu general-mayor Onik Qasparyan əvəzləyəcək.

Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahında yeni kadr dəyişiklikləri olacaq. Bu barədə "Jovohurd" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. "Böyük ehtimalla, Baş Qərargah rəisi Movses Akopyan vəzifədən kənarlaşdırılacaq, onu general-mayor Onik Qasparyan əvəzləyəcək. Serj Sarkisyan məhz buna görə iyunun 15-də Qasparyanı Baş Qərargah rəsinin müavini təyin edib. Bununla da Ermənistan prezidenti Qasparyan üçün zəmin yaradıb".  Akopyanın sonrakı taleyi barədə isə məlumat verilmir.  Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31