Gündəm
33 magistrant müsabiqədən keçdi
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) magistraturaya qəbul imtahanının ilk mərhələsindən uğurla keçmiş gənclər üçün müsahibə təşkil olunub. Akademiyadan “Olaylar” – a bildirilir ki, akademik Əkpər Feyzullayevin sədrlik etdiyi Magistraturaya Müsahibə Komissiyası tərəfindən aparılmış müsahibədə ümumən 34 magistrdən 33 nəfərinin müsahibəsi məqbul sayılıb. Onlar institutun magistraturasında mövcud olan 8 vakant yer üçün müsabiqədə iştirak edəcəklər.
Monoqrafik broşura Avropa və Asiya ölkələrində yayımlanacaq
Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın LAP Lambert Academic Publishing nəşriyyatının sifarişi ilə türk dilində “Tarih ve kültür abidesi fenomenine muzeal yaklaşım” adlı monoqrafik broşurası işıq üzü görüb. Universitetdən “Olaylar” – a bildirilib ki, monoqrafik broşurada “Tarix və mədəniyyət abidəsi” fenomeninin status aspektləri muzeyşünaslıq kontekstində təhlil olunur, bu statuslu mədəni irs obyektlərinin dəyər potensialı qabardılır.
Daxili orqanında narkotik vasitə aşkar edildi
Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın şalvarının cibindəki siqaret qutusunda, eləcə də tibbi müayinə nəticəsində onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr – ümumi xalis çəkisi 101,286 qram olan tiryək və xalis çəkisi 1,235 qram olan heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Avtobusun yük yerində həşiş aşkar edilib
Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.
Azərbaycan-İran sərhədində ermənilərin təxribatının qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Füzuli rayonu ərazisində İran İslam Respublikası ilə sərhəddə ermənilərin növbəti təxribatının qarşısı alınıb.
ABŞ-ın Ermənistandakı səfirliyində qorxulu anlar yaşandı
ABŞ-ın İrəvanda yerləşən səfirliyində Ermənistan vətəndaşlarının qəbulu zamanı anidən həyəcan siqnalı verilib. Səfirliyin işçiləri və qəbulda olan vətəndaşlar təşvişə düşüblər. Onlar masanın atlına girərək təxminən 20 dəqiqə gözləyiblər. ABŞ səfirliyində hansı səbəbdən həyəcan siqnalının verilməsi barədə ətraflı məlumat verilməyib.
Nazir: “İş üçün müraciət edənlərin sayı 2 dəfədən çox azalıb”
“Azərbaycanda iş üçün müraciət edənlərin sayı azalıb”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.Nazir bildirib ki, hazırda ölkənin əmək bazarında vəziyyət sabitləşib: “Bu ilin ilk beş ayında 69 250 nəfər iş üçün Məşğulluq orqanlarına müraciət edib. Ötən ilin eyni dövründə isə müraciətlərin sayı 141 651 olub”. Nazirin sözlərinə görə, iş üçün müraciət edənlərin sayı 2.2 dəfə azalıb.
Səlim Müslümov: “Pensiyaların verilməsi Ramazan bayramına kimi yekunlaşacaq”
“İyun ayı üzrə pensiya ödənişləri vaxtından əvvəl başa çatdırılacaq”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.“İyun ayı üzrə pensiya ödənişlərinin Ramazan bayramına qədər tam başa çatdırılmasına çalışacağıq. Bunun üçün kifayət qədər valyuta ehtiyatı var”, – deyə nazir vurğulayıb.
Natavandan nişanlısı ilə bağlı suallara sərt cavab
Müğənni Natavan Həbibi reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşır. Sənətçinin nişanlısının kimliyi səs-küy yaradıb. Sosial şəbəkədə hər kəs Natavana və Dadoya münasibətləri ilə bağlı suallar ünvanlayıb, bəziləri isə onları qınayıb.
Jurnalistlərin binasından ev almaq istəyən Vaqif Əsədovun milyonluq villası
Jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyi deyilən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bakı şəhəri, “NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri üzə çıxıb.
Şimşək çaxacaq, leysan yağacaq
İyunun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Xüsusi istedada malik uşaqların müsabiqəsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu üzrə müsabiqəyə başlanılıb. “OLAYLAR”-a İdarədən daxil olan məlumata görə, müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Bu günədək müsabiqədə iştirak etmək üçün 6 yaşı tamam olmayan 2424 uşaq qeydiyyatdan keçirilib. Qeydiyyatdan keçən şəxslərə təsdiqləyici SMS göndərilir.
Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın ölkəmizdəki səfirliyinə gələrək Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib. Dövlət başçısı Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazıb.
F-1 pilotu: “Bakıda sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm”
“Mən Bakıya qayıtmağı və orada sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm”. Bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq “Sauber” komandasının sürücüsü Paskal Verlyayn deyib.
İnstitut direktoru: "İqlim dəyişmələri nəticəsində fəsil anlayışının aradan qalxacağı barədə fikirlər təsdiqini tapır"
“Son illərdə iqlim dəyişmələri nəticəsində fəsil anlayışlarının olmayacağı ilə bağlı fikirlər öz təsdiqini tapır. Bununla bağlı vaxtilə açıqlamalarımda bildirmişdim. Lakin bu fikirlər təkcə mənim deyildi. BMT-in iqlim dəyişmələri ilə məşğul olan qurumunun 2013-2014-cü illər üzrə hesabatında qeyd olunmuşdu ki, tədricən fəsil anlayışları sıradan çıxacaq, ilin yay fəslində 40 dərəcə isti, növbəti gün şaxta da görmək mümkün olacaq”.














