Gündəm
Gəmi-bərənin əsaslı təmiri başa çatıb
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təmir olunub. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. Belə ki, gəmi-bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, tüstü boruları təmizlənərək rənglənib.
Erməni məşqçi Azərbaycan millisini təriflədi
Heç bir təzyiq yox idi. Bacardığımız qədər oynadıq. Bunu kişi həndbolçulardan ibarət Ermənistan millisinin baş məşqçisi Ararat Barseqyan deyib.
"Şeydayev Azərbaycan millisini seçdiyinə peşman deyil"
Danimarkanın "Orxus" klubunda çıxış edən Camaldin Xocaniyazov Rusiya mətbuatına müsahibə verib. Əslən türkmənistanlı olan futbolçu sabiq komanda yoldaşıRamil Şeydayev haqqında da danışıb:"Şeydayev Azərbaycan yığmasında çıxış etməkdən məmnundur. O, Azərbaycan millisində oynamaqdan zövq alır.
Aministiyaya düşən qadına yenidən 9 il cəza verildi
100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinən Emilya Həşimovanın cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriləm şəxs son söz deyib. O, əməlindən peşman olduğunu bildirib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Emiliya Həşimova 9 il müddətinə azadlıqdan məhrum edilib.
"Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı" - Akif Çovdarov
Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyevvə Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Neftin qiymətdən düşməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşəcək
Xəbər verildiyi kimi dünya birjalarında neftin qiyməti aşağı düşüb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,38% azalaraq 44,57 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar və ya 0,34% azalaraq 47,21 dollar olub. Maraqlıdır, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?
Həmsədr ölkələrin dövlət maraqları vasitəçilik missiyasını üstələyir
İyunun 19-dan etibarən ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayır. Xatırladaq ki, bundan əbbəl həmsədrlər Ermənistanda səfərdə olublar. Səfər çərçivəsində həmsədrlər Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşüblər. Görüşdə münaqişə zonasındakı vəziyyət müzakirə olunub. Həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da görüşələri baş tutub. Onu da qeyd edək ki, səfərin yekununda həmsədrlər adından bəyanat yayılacaq. Maraqlıdır, həmsədrlərin regiona səfərlərinin nəticəsi olaraq hansısa razılaşma əldə etmək mümkün olacaqmı?
Ermənilərdə psixoz atmosfer hökm sürür
Bu günlərdə Ermənistanın işğal altında olan Dağlıq Qarabağa muzdlu əfqanları yerləşdirməsi, eləcə də burada PKK terror təşkilatının düşərgəsinin mövcudluğu barədə xəbərlərin yenidən gündəmə gəlməsi cəmiyyətdə, xüsusilə övladı hərbi xidmətdə olan valideynlər arasında müəyyən narahatçılığa səbəb olub. Məlumat üçün qeyd edək ki, yayılan xəbərlərdə Ermənistanın aylıq məvacib qarşılığında əfqanları Qarabağa gətirdiyi və təxminən 8 minə yaxın əfqanın Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşməyə hazır olduğu bildirilirdi.
Minsk Qrupunun uğursuz fəaliyyəti
Artıq bir neçə gündür ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər. Ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik göstərərək işğal altında olan Azərbaycan ərazilərinə Ermənistandan keçən həmsədərlər bu dəfəki səfərləri və istər işğalçı ölkə, istərsə də erməni işğalı altında olan Dağlıq Qarabağda keçirdikləri görüşlərlə bir daha öz mahiyyətlərini, tərəfsiz olmadıqlarını, ən əsası Ermənistanın maraqlarına xidmət etdiklərini ortaya qoydular.
Onlar mətni danışırlar, mətni oynamırlar
Bu gün həmsöhbətimiz əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni laureatı, yazıçı, ssenarist Natiq Rəsulzadədi. Natiq bəylə yaradıcılıqdan, filmlərdən bəhs edən müsahibəmizi təqdim edirik.
Minsk Qrupunun missiyası dəyişməlidir
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona daha bir səfəri baş tutdu. Əvvəlki səfərlərdən heç nə ilə fərqlənməyən bu dəfəki səfərdə də həmsədrlər öz ənənələrinə sadiqlik nümayiş etdirərək işğala məruz qalanla işğalçıya eyni prizmadan yanaşdılar, tərəfləri kompromisə dəvət etdilər. Hər dəfə olduğu kimi bu dəfə də aoloji mövqenin ortaya qoyulması haqlı olaraq Azərbaycan cəmiyyətində narazılığa səbəb olub. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə vasitəçilərin bu yanaşması tənqid edilib.
10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi ilə bağlı bir neçə söz
10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin (Bakı, Şərq-Qərb, 2017) xeyli hissəsi plagiatdır. Layihədə həmçinin çoxlu sayda yanlış, qeyri-dəqiq məlumatlar və digər kobud nöqsanlar var. Bu faktlar haqqında elmi və pedaqoji ictimaiyyətə məlumat verməyi özümə borc bilirəm.
Azərbaycanın yeni Qarabağda yeni strategiyası
ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfərləri çərçivəsində iyunun 19-da Bakıda oldular, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşdülər. Həmsədrlər bir müddət əvvəl də Ermənistanda və Dağlıq Qarabağda olmuşdular. Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərləri və keçirdikləri görüşlərlə bağlı ortaq bəyanat yaydılar. Bəyanatda həmişəki kimi ümumi cümlələr yer aldı. Buna baxmayaraq, bəyanatdakı iki fikir diqqəti cəlb etdi.
Dağlıq Qarabağda müharibə qoxusu
Azərbaycan və Ermənistan cəbhəsinin təmas xəttində, atəş səsləri demək olar ki, susmaq bilmir. Gün ərzində atəşkəs rejimi yüz dəfədən çox pozulur. Üstəlik Ermənistan tərəfinin təxribat xarakterli əməlləri müharibə təhlükəsini labür edir. Cəbhə bölgəsində baş verən atəşmalar hərbi ekspertlərin də narahatçılığına səbəb olub. Atrıq ekspertlər müharibə anonsu verməkdən belə çəkinmirlər.
Vüqar Əliyev VIII Beynəlxalq Ustad Sənət Simpoziumunda
Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsi Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev Belarusiyanın Mogilev şəhərində keçirilən “Mogilev qonaqların gözü ilə” beynəlxalq simpoziumda iştirak edib. Universitetdən “Olaylar” – a bildirilib ki, Mogilev şəhərinin 750 illiyinə həsr olunan simpoziuma dünyanın doqquz ölkəsindən, Belarus, Rusiya, Azərbaycan, Çin, Hindistan, Litva, Makedoniya, Ukrayna və Özbəkistandan rəssamlar dəvət olunub.














.jpg)