Gündəm
Məcburi köçkün gənclər üçün təlimlər təşkil edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Tərəqqi İB tərəfindən "Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsi" layihəsi çərçivəsində Oğuz və İsmayıllıda məcburi köçkün gənclərə təlimlər təşkil edilib.
ƏƏSMN “E-hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumudur
“Əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində qurulan avtomatlaşdırılmış sistemlər bu sahələrdə innovativ texnologiyalara əsaslanan səmərəli idarəetmə mexanizmlərinin və əhaliyə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanlarının yaradılmasına səbəb olub”.
5 ayda 31,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib
“Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində stimullaşdırıcı tədbirlər əhalinin 47 faizinin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğuna yol açıb”.
ABŞ ordusu Rusiya sərhədlərində: Kiyevdən Moskvaya ŞOK XƏBƏR
Ukrayna və ABŞ arasında təhlükəsizlik üzrə razılaşma imzalana bilər. Bu haqda Ukrayna Ali Radasının spkeri Andrey Parubiy bildirib. Onun sözlərinə görə, razılaşma ABŞ hərbi ehtiyatlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur. “Razılaşma xüsusi əməliyyatların aparılması, birgə elmi-texniki layihələrin həyata keçirilməsi və hətta ABŞ hərbi ehtiyatlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur”, - parlament rəhbəri deyib.
5 qadından 8 uşağı olan 73 yaşlı məşhur haqqında SENSASİYALI AÇIQLAMA
Mik Caqqerin qardaşı məşhur musiqiçini sonsuz etmək lazım olduğunu açıqlayıb. Əfsanəvi musiqi qrupu “Rolling Stoun”un üzvü Mik Caqqerin qardaşı Kris Caqqer 8 uşaq atası olan 73 yaşlı sənətçinin tibbi baxımdan sonsuz etməyin lazım olduğunu söyləyib.
Parçalanmayan heç bir ölkə qalmayacaq: Böyük fəlakətə son hazırlıqlar gedir
“ABŞ-ın PKK ilə birlikdə həyata keçirdiyi plan Suriyanın şimalında, xüsusilə Türkiyənin yaxın təhdid hiss etdiyi bölgədə artır”. Bunu “Yeni Şəfəq” nəşrində türkiyəli yazar İbrahim Karagül bildirib. Onun sözlərinə görə, Donald Tramp administrasiyası İrana yönəlik təhdid bəyanatları ilə çıxış etsə də, sıxışdırılan ölkə məhz Türkiyədir.
Nazir: "Azərbaycan Minsk qrupu həmsədrlərinin substantiv danışıqları davam etdirmək barədə çağırışını dəstəkləyir"
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri əsnasında münaqişənin həlli prosesi ilə bağlı Azərbaycanın konstruktiv mövqeyi bir daha izah olundu və danışıqlar prosesinin intensivləşdirilməsi barədə geniş fikir mübadiləsi aparıldı.
"Həmsədr dövlətlər Dağlıq Qarabağ probleminin həllində ciddi addım atmaq niyyətində deyillər”
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Ermənistanın cəbhə xəttində hər dəfə təxribat törətməsi məqsədyönlü bir addımdır. Bu, bütövlükdə danışıqlar prosesinin pozulmasına xidmət edir”. Bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Mübariz Əhmədoğlu: “ABŞ və RF-in Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmalarında fərq var”
“Həmsədrlər Dağlıq Qarabağda olarkən jurnalistlər üçün brifinq keçirdilər. Brifinqdə rusiyalı həmsədr İ.Popov vurğunu təhlükəsizlik məsələləri üzərində qoydu. Həmsədrlərin 18 may bəyanatı da Rusiyanın təşəbbüsü ilə ortalığa çıxmışdı. İlk əvvəl RF XİN rəsmisi münasibət bildirdi. Sonra isə ATƏT MQ həmsədrləri eyni məzmunlu bəyanat yaydılar. Bircə fərq var idi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Trampın məktubları: ABŞ-Azərbaycan münasibətlərində yeni ümidlər
Amerikanın dövlət başçısı xarici siyasətdə dəyişikliklər edəcəyi barədə seçki marafonunda vədlər vermişdi. Artıq onun bir sıra əlamətləri özünü göstərir. O cümlədən, Vaşinqtonun Azərbaycan siyasətində yeni nəfəs duyulmaqdadır. Ər-Riyadda Ərəb-İslam-Amerika sammitində də Donald Tramp dünya dövlətləri ilə münasibətlərdə həyata keçirmək istədiyi yeni prinsiplərdən söhbət açmışdı. Ayrıca, son iki həftədə Azərbaycan rəhbəri İlham Əliyevə iki məktub yazan ABŞ Prezidenti iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib, müxtəlif sferalarda əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bəyan edib. Ekspertlər bunu Amerika-Azərbaycan münasibətlərində yeni səhifənin açılması kimi xarakterizə ediblər. Bu məsələyə təhlili yanaşmağa ciddi ehtiyac duyulur.
Türkiyə-İran sərhədində güclü partlayış: azərbaycanlılar yaralandılar
Türkiyə-İran sərhədində güclü partlayış baş verib. Hadisə bu gün səhər saatlarında İğdırın Kiçik Ağrı dağı yaxınlığında yaşanıb. Sərhəddəki minaları təmizləyən zaman iki azərbaycanlı 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov ayaq və bədən nahiyəsindən müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb və həyati təhlükələrinin olmadığı bildirilir.
Ərəbistanda iranlılardan silah aşkarlandı
Səudiyyə Ərəbistanı mətbuat orqanlarının iddiasına görə ötən gecə ölkənin Sahil Mühafizə Xidməti “Mərcan” neft yatağının yaxınlığında İranın SEPAH birliklərinin üç əsgərini saxlayıblar. Mətbuat orqanlarının məlumatına görə, Sahil Mühafizə xidmətinin əməkdaşları surətli qayıq üç ədəd motorlu qayığın sahilə yaxınlaşdığını görüblər. Sahilə yaxınlaşan qayıqlara xəbərdarlıq atəşi edilib.
Baş nazir Səudiyyə Ərəbistanın və İrana səfər edəcək
İyunun 20 – də İraqın Baş naziri Heydər Əl Əbadinin Səudiyyə Ərəbistanı və İrana səfərinin başladığı xəbəri yayılıb. Baş nazirin səfər zamanı Ər Riyad, Tehran və Küveyti ziyarət edəcəyi bildirilir. Politoloqların şərhinə görə, İraq Baş nazirinin səfərləri son zamanlar gündəmdə olan Körfəz Böhranı ilə əlaqədar ola bilər.
İbtidai sinif müəllimləri üçün seminar keçirilir
Bakıda ibtidai sinif müəllimləri üçün seminar təşkil edilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda keçirilən tədbir Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb.
Döyüş tapşırıqları icra edilir
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi təlimlərdə qoşunlar döyüş tapşırıqlarını icra edilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər. Qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edirlər.














