Gündəm
Qanun pozuntularına görə 145 akt tərtib olundu
01-15 iyun 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
“Görüşün nəticəsi kimi danışıqların bərpa olunub-olunmadığını demək mümkün olacaq”
“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nəinki həllindən, heç danışıqların bərpasından danışmaq olmur”.
“Növbəti addım müharibə elanıdır” - PROQNOZ
“Pxenyanın hərəkətlərinə Vaşinqtonun növbəti cavabı hərbi əməliyyatların başlanğıcı ola bilər”. Bu haqda Rusiya Elmlər Akademiyasının Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Batyuk deyib.
Narkoloji Dispanserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkiminin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstəxananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
1500-dən çox müəllimin iş yeri dəyişdirildi
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin yerdəyişməsi prosesi başa çatıb.
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başlayır
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 1-14 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirdikləri mətbuat konfransında deyib.
"Jewish Telegraph Agency": "Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır"
ABŞ-ın Los-Anceles şəhərində İsrail konsulluğunda Ramazan ayına həsr olunmuş tədbir keçirilib. Bu barədə "Jewish Telegraph Agency" nəşrindəki məqalədə yazılıb. Tədbir Etnik Anlaşma Fondu ilə birgə təşkil edilib. Tədbirdə Fondun prezidenti, ravvin Mark Şnayer də iştirak edib.
Rusiya etiraf etdi: Bağdadi yaşayır – Putinin PLANI BAŞ TUTMADI
Rusiya İŞİD lideri Əbubəkir Bağdadinin öldürüldüyünə dair sübutları əldə edə bilmir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hikmet Eren: "Ermənistanın Azərbaycanla müharibə aparmaq üçün nə maddi,nə də insanı resursları var"
Ermənistanın sülhdən başqa yolu yoxdur. Bunu Türkiyənin nüfuzlu Qeyri-Hökümət Təşkilatlarından olan Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri dr. Hikmet Eren cəbhə bölgəsində vəziyyətin gərginləşməsini şərh edərkən bildirib.
Avropadan sığınacaq istəyən ermənilərin bəhanələri: "Həyat yoldaşım azərbaycanlıdır"
Avropa ölkələrində sığınacaq almaq istəyən ermənilərin bunun üçün uydurduqları bəhanələrin bir qismi məlum olub. Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan belçikalı həmkarlarının ona bu bəhanələrlə bağlı məlumatlar verdiyini deyib.
“Qadının satqınlığını bağışlamaq olmaz...” - Füzuli Musayev
“Hələ belə olmamışdı” adlı layihəmizin bu dəfəki qonağı fərqlidir. Bu günə qədər qadın simaları çəkməyə üstünlük versək də, bu dəfə əks cinsin nümayəndəsini layihədə görmək istədik. Beləliklə, qonağımız karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevdir.
Cinsini dəyişən azərbaycanlı kişi müğənnisi YENİ GÖRKƏMİ İLƏ - FOTO
Vaxtikən populyar olan Azərbaycanın kişi müğənnisi qadın olub. Hələ 90-cı illərdə Azərbaycanda populyar olan müğənni Rövşən Hicrəti hazırda Hollandiyada Roşana adlı qadın kimi yaşayır.
Nigar Adil yazır... Məktub
Son günlər telefonumdan heç nəyi silmirəm, yaddaşı yüklü olsa belə, ekran anidən qaralıb sönsə belə. Təbii ki, bütün bunların niyə baş verdiyini bilirəm. Məsələn, yaddaşdan nələrisə silsəm, telefon bir müddət normal işləyəcək. Gərəksiz şəkilləri, müxtəlif yükləmə və mahnıları silsəm, telefonumun bir anlıq dərindən “ohhhh” edib rahatlayacağını da bilirəm. Sadəcə... sadəcə etmirəm və bir müddət bunu etmək barədə də düşünmürəm...
Bu il 388.4 milyon manatlıq büdcə kəsiri yaranıb
2017- ci ilin yanvar-may aylarında dövlət büdcəsinin xərcləri və gəlirlər artıb. “Olaylar” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, büdcəyə 6335,7 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2 faiz çoxdur. Bu ilin 5 ayında büdcə xərcləri isə 6724,1 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.5 faiz çoxdur. Büdcənin icrasında 388,4 milyon manatlıq kəsir yaranıb. Büdcə kəsiri ümumi daxili məhsulun 1,5 faizi səviyyəsində olub.
“Azərsu” ASC elektron xidmətlərdən istifadə sayına görə 41 təşkilat arasında 5-ci yeri tutub
"Azərsu” ASC-nin abonentlərə təqdim etdiyi xidmətlərdə operativlik, şəffaflıq və səmərəliliyin təmin edilməsi məqsədilə yeni elektron xidmətlərin yaradılması istiqamətində zəruri tədbirləri davam etdirir.














