Gündəm

Rövşən Rzayev  qaçqınlarla bağlı konfransa qatılacaq

20 İyun 2017 16:13

Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu  komitəsinin  sədr müavini Rövşən Rzayev  Avropa-Azərbaycan Cəmiyyətinin Beynəlxalq Qaçqınlar  günü münasibəti ilə təşkil  etdiyi konfransda  iştirak  etmək üçün  Fransaya səfər edib.

Oqtay Əsədov Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri ilə görüşüb

20 İyun 2017 16:11

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasitinin başcıllıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu ay qarpız-yemiş yemək zərərlidir?

20 İyun 2017 15:53

"Qarpızı avqustda yeyərlər" fikirləri hər il yayın əvvəllərində aktuallaşır. İndinin özündə, hələ mayın ortalarından piştaxtalarda görünməyə başlayan qarpız-yemişi alıb yeməyə çəkinənlər çoxdur. Çünki hər il onlarla insan məhz qarpız zəhərlənməsi ilə xəstəxanalara müraciət edir.

YAP bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına başlayır

20 İyun 2017 15:52

Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib. “OLAYLAR”-ın xəbərinə görə, iyunun 20-də Hakim partiyanın maliyə dəstəyi ilə aprel döyüşlərində şəhid olan, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ailə üzvlərinin bir qrupu Lənkərana - "Palıdlı-Sahil" istirahət mərkəzinə yola salınıb.

I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

20 İyun 2017 15:50

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun II mərhələsinə start verilib. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub.

Bulvar tribunasına olan biletlərin hamısı satıldı

20 İyun 2017 15:49

Bulvar tribunasına olan biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, bu, 2017 Formula 1 Azərbaycan Qran Prisindən əvvəl bütün biletlərin satıldığı sayca üçüncü tribunadır.

Azərbaycanın müstəqil mətbuatı inkişaf dövrünü yaşayır

20 İyun 2017 15:46

Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik institutların bərqərar olması istiqamətində mühüm addımlar atıb. Ölkənin siyasi sistemindən tutmuş, mətbuatin inkişafə,  vətəndaş cəmiyyətlərinin formalaşmasına qədər bütün sahələrdə yeniliklər edilib. Ölkədə siyasi plüralizmin formalaşması, söz, fikir və ifadə azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilib.

Ermənistan sürətlə boşalır

20 İyun 2017 15:47

İşğalçı Ermənistanın sürətlə boşalması, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi barədə maraqlı məlumat açıqlanıb. “OLAYLAR”-ın xəbərinə görə, İtaliyada yaşayan ermənipərəst jurnalist Simon Заpеllаrо GALLUP qrupunun sorğusu əsasında Ermənistandakı vəziyyəti şərh edərkən qeyd edib ki, bu ölkə artıq əhalisinin sürətlə tərk edildiyi dövlətlər sırasında ön yerləri bölüşdürür.

İnsan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycanın ən ali məqsədidir

20 İyun 2017 15:44

Dünyanın inkişaf etmiş və demokratik ölkələrinin yaranışından və quruluşundan bu günə qədərki tarixinə nəzər salsaq görərik ki, hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Çünki demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Insan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır.

Milyonluq villada adı hallanan Vaqif Əsədovdan cavab: "Bunu yazan..."

20 İyun 2017 15:42

Jurnalistlər üçün inşa edilən binadan ev almaq istəyən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bakı şəhəri, "NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri üzə çıxıb. 

Məşhur həkim enerji içkisinin zərərindən yazdı: "... sistemi pozur"

20 İyun 2017 15:39

Tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın kafein və enerji içkiləri haqda məqaləsini təqdim edir. Bir banka enerji içkisi yaxşı dəmlənmiş bir fincan qəhvə qədər kafein ehtiva edir. Qəhvə heç olmasa, qəhvə qədri bilənlər tərəfindən şəkərsiz içilir. Enerji içkiləri isə çox vaxt şəkərli. Enerji içkiləri plovu ovuclayaraq yeməyə oxşayır. Qəhvə də qaşıqla yemək kimi kübar bir şey olmasa da, 3 barmaqla "əfəndi-əfəndi" yemək kimidir.  

İstanbulda partlayış: Yaralı var

20 İyun 2017 15:36

İstanbulda sabun istehsalı müəssisəsində partlayış baş verib. Partlayış şəhərin Maltəpə rayonunda qeydə alınıb. Partlayışın müəssisədəki sobalardan birinin genişlənməsi nəticəsində baş verdiyi bildirilir. Hadisə nəticəsində bir nəfər xəsarət alıb, yaxınlıqdakı avtomobilləra ziyan dəyib.

Vətəndaşların “cibinə girən” satıcılar

20 İyun 2017 15:34

Sahibkarlığın inkişafı məqsədilə yoxlamaların müvəqqəti dayandırılması iş adamlarının əməlli-başlı “karına” gəlib. Belə ki, ölkədə baş verən devalvasiyadan start götürən sahibkarlar yoxlamaların dayandırılmasından sui-istifadə edərək  süni qiymət artımına yol verirdilər. Xüsusən, yerli istehsalla məşğul olan sahibkarlar ağına-bozuna baxmadan məhsullarının qiymətini pik həddinə çatdırımışdı.

“Sosial Adaptasiyanın İnkişafına Yardım” İctimai Birliyi təqdim olundu

20 İyun 2017 15:27

İyunun 20-də Bakı Mətbuat Mərkəzində “Sosial Adaptasiyanın İnkişafına Yardım” (SAY) İctimai Birliyinin təqdimatı keçirilib. Birliyin məqsəd və yaranma zərurətindən danışan  sədr  müavini Şahid Qurbanov bildirib ki,  2016-cı ilin sentyabrın 30-da   SAY  təsis olunub,  həmin ilin 12 dekabrında isə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

Molla Pənah Vaqifin yubileyinə həsr olunan elmi sessiya

20 İyun 2017 15:25

İyunun 21-də saat 14:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçiriləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.