Ermənistan sürətlə boşalır

İşğalçı Ermənistanın sürətlə boşalması, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi barədə maraqlı məlumat açıqlanıb. “OLAYLAR”-ın xəbərinə görə, İtaliyada yaşayan ermənipərəst jurnalist Simon Заpеllаrо GALLUP qrupunun sorğusu əsasında Ermənistandakı vəziyyəti şərh edərkən qeyd edib ki, bu ölkə artıq əhalisinin sürətlə tərk edildiyi dövlətlər sırasında ön yerləri bölüşdürür.

Bu ölkə artıq Suriyanı da üstələyib

İşğalçı Ermənistanın sürətlə boşalması, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi barədə maraqlı məlumat açıqlanıb. "OLAYLAR"-ın xəbərinə görə, İtaliyada yaşayan ermənipərəst jurnalist Simon Заpеllаrо GALLUP qrupunun sorğusu əsasında Ermənistandakı vəziyyəti şərh edərkən qeyd edib ki, bu ölkə artıq əhalisinin sürətlə tərk edildiyi dövlətlər sırasında ön yerləri bölüşdürür. Həmçinin özünün facebook səhifəsində italiyan jurnalist onu da qeyd edib ki, xüsusilə erməni gənclər ölkəni tərk etməkdə maraqlıdırlar. O, bildirib ki, erməni gənclərin 47 faizi Ermənistanı tərk etmək barədə düşünür: "Ermənilər Ermənistandan qaçırlar. GALLUP tədqiqatına əsasın Ermənistan əhalisi ölkəsini tərk edən dövlətlər sırasında ilk yerləri bölüşdürür. Hətta Ermənistan bu göstəriciyə görə, Suriyanı da qabaqlayır". Simon Заpеllаrо müntəzəm olaraq Ermənistana səfər etdiyini və hər dəfə iki hallla rastlaşdığını da vurğulayıb. Bildirib ki, hər səfəri zamanı ölkəni tərk etmək istəyində olan ermənilərin sayında artımın baş verdiyini müşahidə edir: "Həmçinin Dağlıq Qarabağa qeyri-qanuni səfər etdikləri üçün Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısına düşən xarici ölkə

vətəndaşlarının da sayı artır. Hər dəfə Ermənistana gedəndə kiminsə ya artıq ölkəni tərk etdiyinin, ya da yaxın vaxtlarda buna hazırlaşdığının şahidi oluram"

Qeyd edək ki, GALLUP qrupun 2013-2016-ci illərlə bağlı açıqladığı hesabatda Ermənistan dünya üzrə əhalisinin tərk edildiyi ölkələr sırasında 8-cı yerdə qərarlaşıb. Ermənistandan sonra isə Suriya yer alıb. Yalnız Syerra-Leone, Liberiya, Konqo, Haiti, Honduras, Dominikan Respublikası və Albaniya bu göstəriciyə görə Ermənistandan öndədir.

Qeyd edək ki, 2016-cı ildə "aprel müharibəsi" zamanı 2000 erməni Azərbaycanın işğal akltındakı Dağlıq Qarabağ bölgəsini tərk edib. Bu barədə BMT-nin qaçqınlarla iş üzrə ali komissarının Ermənistan ofisinin nümayəndəsi Kristof Birvirt deyib.
Onun sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistanın müxtəlif bölgələrinə yerləşib. Kristof Birvirt əlavə edib ki, "aprel müharibəsi"ndə Qarabağı tərk edən 573 erməni (172 ailə) artıq geri qayıdıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31