Rövşən Rzayev  qaçqınlarla bağlı konfransa qatılacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu  komitəsinin  sədr müavini Rövşən Rzayev  Avropa-Azərbaycan Cəmiyyətinin Beynəlxalq Qaçqınlar  günü münasibəti ilə təşkil  etdiyi konfransda  iştirak  etmək üçün  Fransaya səfər edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu  komitəsinin  sədr müavini Rövşən Rzayev  Avropa-Azərbaycan Cəmiyyətinin Beynəlxalq Qaçqınlar  günü münasibəti ilə təşkil  etdiyi konfransda  iştirak  etmək üçün  Fransaya səfər edib. MiM-dən "Olaylar"a verilən məlumata görə,  paytaxt  Parisdə  keçiriləcək toplantıda Dağlıq Qarabağ Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü olan deputatımız  Azərbaycanın məruz  qaldığı  işğalçılıq  siyasətindən, ölkəmizin Dağlıq  Qarabağ münaqişəsi ilə bağlı yaşadığı gərginliklərdən, problemin törətdiyi fəsadlardan söhbət  açacaq, 1 milyondan artıq soydaşımızın öz dədə-baba yurdundan didərgin salındığı barədə faktları toplantı  iştirakçılarının diqqətinə  çatdıracaq. Səfər iyunun 22-də başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31