Molla Pənah Vaqifin yubileyinə həsr olunan elmi sessiya
İyunun 21-də saat 14:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçiriləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.
20 İyun 2017 15:25 Mədəniyyətİyunun 21-də saat 14:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "M.P.Vaqifin söz dünyası və məktəbi" adlı elmi sessiya keçiriləcək. Muzeydən "Olaylar" - a bildirilib ki, tədbir Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.
Elmi sessiyada "Azərbaycan bədii sözündə Vaqif mərhələsi", "XVIII əsr- Vaqif əsri", "M.P.Vaqif -XVIII əsr şairi və ictimai xadimi", "M.P.Vaqifin gözəllik idealı", "Vaqif irsi Azərbaycan şeirində və Nizami muzeyinin ekspozisiyasında" mövzusunda məruzələr dinləniləcək.