Azərbaycanın müstəqil mətbuatı inkişaf dövrünü yaşayır
Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik institutların bərqərar olması istiqamətində mühüm addımlar atıb. Ölkənin siyasi sistemindən tutmuş, mətbuatin inkişafə, vətəndaş cəmiyyətlərinin formalaşmasına qədər bütün sahələrdə yeniliklər edilib. Ölkədə siyasi plüralizmin formalaşması, söz, fikir və ifadə azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilib.
20 İyun 2017 15:46 SosialAzərbaycan müstəqillik əldə etdikdən sonra demokratik institutların bərqərar olması istiqamətində mühüm addımlar atıb. Ölkənin siyasi sistemindən tutmuş, mətbuatin inkişafə, vətəndaş cəmiyyətlərinin formalaşmasına qədər bütün sahələrdə yeniliklər edilib. Ölkədə siyasi plüralizmin formalaşması, söz, fikir və ifadə azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilib. Nəticədə bir çox dünya ölkələrinə örnək ola biləcək siyasi sistem formalaşıb. Hazırda isə sadalanan demokratik təsisatların inkişafı istiqmətində uğurli addımlar atılmaqdadır. Dövlət başçısı tərəfindən verilən fərman və sərəncamlar, ali qanunverici orqan olan parlament tərəfindən qəbul edilən qanunlar deməyə əsas verir ki, ölkəmizdə demokratik, azad mətbuatın, söz və fikir, məlumat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülür. Qətiyyətlə demək olar ki, hazırda Azərbaycanda öz sözünü deyə bilən, fəaliyyəti beynəlxalq standartlara cavab verən müstəqil mətbuat formalaşıb. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının böyük əksəriyyəti ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində hazırlanıb. Qvvədə olan qanunların mütlqəq əksəriyyəti dünya dövlətləri üçün örnək hesab edilə bilər. Ölkədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar deməyə əsas verir ki, Azərbaycan bununla kifayətlənməyərək mövcud qanunların yenilənməsində maraqlıdır. Nəzərə almaq lazımdır ki, kütləvi informasiya sahəsinin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmillşdirilməsi Azərbaycanın özünə də sərfəlidir. Belə ki, müstəqil mətbuat orqanları cəmiyyətdə azərbaycançılığın, milli-mənəvi dəyərlərin, dövlətçilik ideyalarının təbliğində, Azərbaycan vətəndaşlarında vətənpərvərlik, tolerantlıq hisslərinin formalaşmasında həlledici rol oynayır, demokratik-milli dəyərlərin və plüralizmin təşəkkülünə təsir göstərir. Eyni zamanda, mətbuat hüquqi dövlətin, vətəndaş cəmiyyətinin formalaşması, milli birliyin, dövlətçilik şüurunun və psixologiyasının möhkəmlənməsi prosesində də əhəmiyyətli rol oynayır. Azad mətbuat orqanları vasitəsilə obyektivliyə və reallığa əsaslanan həqiqətlər, dövlətin sosial-siyasi, iqtisadi, mənəvi-mədəni siyasəti, plüralist siyasi informasiya cəmiyyətə və xalqa çatdırılır. Azərbaycan KİV-də dövlətçilik və milli tariximizin, din, dil, mədəniyyət məsələləri, bu gün xaricdə və ölkəmizdə baş verən proseslər, xarici və daxili siyasətimizin əsas istiqamətləri, Qarabağ münaqişəsilə bağlı informasiyalar obyektiv təhlil edilir və xalqın mənəvi sərvətinə çevrilir. Deməli, ölkədə müstəqi mətbuat olması həm cəmiyyət, həm də hakimiyyət üçün sərfəlidir. Məlumat üçün qeyd edək ki, hazırda ölkə mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlir. Paralel olaraq dünyanın çoxsaylı ölkələrinə səpələnmiş soydaşlarımızın vahid ideologiya ətrafında birləşmsi, xaricdəki azərbaycanlıların "çəkici bir zindana vurması" üçün müstəqil mətbuatın olması olduqca əhəmiyyətlidir. Müstəqil mətbuatın olması həm də vətəndaş cəmiyyətlərinin inkişafı, onların ideyalarının yayılması, fikir azadlığının təmin olunması baxımından zəruridir. Sirr deyil ki, demokratiyanın ayrılmaz hissəsi olan vətəndaş cəmiyyəti ideyası tarix boyu bəşəriyyətin şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi və insanların azad, sərbəst yaşamaq arzusu ilə meydana gəlib.Bu gün də vətəndaş cəmiyyəti vətəndaşların cəmiyyətdə öz şəxsiyyətini sərbəst ifadə etmək, cəmiyyəti təhdid edən problemlərin həllində əl-ələ verib, birlikdə fəaliyyət göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə yaradılır. Sözsüz ki, dünyada mövcud olan hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Dövlət çox yaxşı başa düşür ki, bunlarsız hansısa ciddi uğura imza atmaq, dayanıqlı inkişafa nail olmaq və bundan çıxış edərək cəmiyyətə fayda vermək mümkünsüzdür. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq, demək olar ki, qeyri-mümkündür. Mədəni, milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması, onun inkişaf etdirilməsi və bütün bunların gələcək nəsillərə çatdırılması vətəndaş cəmiyyətinin aparıcı institutlarından olan vətəndaş cəmiyyətlərininvəzifələrindən biri olmalıdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir QHT-nin üzərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Xüsusən azərbaycançılıq ideologiyasının zamanın tələblərinə cavab verəcək səviyyədə QHT-lərin timsalında təbliğ olunması vacib məsələlərdən biridir. Məhz bu şərəfli vəzifələrin layiqincə yerinə yetirilməsindən ötrü müstəqil mətbuatın olması vacibdir. Yeri gəlmişkən qeyd edək ki, vətəndaş cəmiyyətinin inkişafı eyni zamanda ölkədə demokratiyanın əsas göstəricilərindən biri hesab olunur. Bu sahənin formalaşması və inkişafında qanunvericiliklə yanaşı, mühüm və təsirli amillərdən biri də mediadır. Dördüncü hakimiyyət qolu hesab olunan medianın cəmiyyəti informasiya ilə təmin etməklə yanaşı, ölkənin demokratikləşməsində də mühüm rolu var. Bu baxımdan hüquqi dövlətdə bir sıra ortaq tərəflərilə çıxış edən vətəndaş cəmiyyəti qurumları və medianın sıx əməkdaşlığı var. Xatırladaq ki, Azərbaycanda bineyi-qədimdən müstəqil mətbuat ənənəsi olub, bu gün də oturuşmuş ənənə davam etməkdədir. Xüsusən, Azərbaycan müstəqilliyini bərpa etdikdən, demokratik dövlət quruculuğu istiqamətində yeni yol müəyyənləşdirildikdən sonra, ulu öndər Heydər Əliyevin müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik, insan haqları kimi ümumbəşəri dəyərləri ön plana çıxarması ilə ölkəmiz üçün yeni ideologiya formalaşmış oldu. Azərbaycan bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələrini aradan qaldırmağa müvəffəq oldu. Demokratik sistemin, vətəndaş cəmiyyətinin formalaşması prosesinin mühüm elementləri olan fikir və söz azadlığının təmin edilməsi, siyasi plüralizmin, çoxpartiyalı sistemin inkişafı Ümummilli Liderin rəhbərliyi ilə uğurla həyata keçirilirdi. Bu gün Ulu Öndərin müəyyən etdiyi bu mütərəqqi yol Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azad mətbuatın inkişafına mane olan məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat nümayəndələrinin sosial şəraitinin yaxşılışdırılması üçün tədbirlərin həyata keçirilməsi, müvafiq istiqamətlərdə verilmiş fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlərin təşkili ənənəsi müasir Azərbaycanda azad sözə və onun daşıyıcılarına münasibətinin bariz göstəriciləridir.
Fikir və söz azadlığının əsas təmsilçisi olan mətbuatın sərbəst fəaliyyətinin təmin olunması bu gün də Azərbaycanda prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" əslində kəşməkəşli yol keçmiş milli mətbuatımızın problemlərinin həllində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən başlayaraq xalq və dövlət ilə KİV arasındakı əlaqələrin tənzimlənməsi, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi və müvafiq istiqamətin nümayəndələrinin tam sərbəst fəaliyyətlərinin təmin olunması üçün qəbul edilən bütün qərarlar, qanunlar və sənədlər, təsis olunan qurumlar məhz adıçəkilən Konsepsiyanın prinsipləri əsasında formalaşdı. Beynəlxalq standartlara uyğun, mütərəqqi bir sənəd olan bu Konsepsiya əslində mətbuat azadlığı məsələsinə Azərbaycanda nə dərəcədə diqqət ayrıldığının bariz göstəricisidir. Həyata keçirilən tədbirlər ölkə jurnalistlərinin böyük razılığı, minnətdarlığı ilə qarşılanır. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür. Mükafatın təqdimetmə mərasimində Prezident İlham Əliyev mətbuatın inkişafı istiqamətində bundan sonra da bütün lazımi tədbirlərin həyata keçiriləcəyini demişdir: "Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz, sözün əsl mənasında, azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq". Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısı bunu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi üçün, habelə jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan mediası müasir dövrün tələblərinə uyğun inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycandan fərqli olaraq Avropada demokratiyanın gətirdiyi azadlıqlar elə onun öz düşməninə çevrilib. Məhz bunun nəticəsidir ki, insan hüquq və azadlıqlarını çərçivəyə salmaq istəyən demokratiya qoruyucuları müsəlman dövlətlərinə, xüsusən də Azərbaycana münasibətdə qərəzli mövqedən çıxış edirlər. Qərbdə baş verən proseslərin təhlili zamanı belə bir nəticə çıxarmaq olar ki, köhnə qitədə söz azadlığı sözdə azaddır. Hazırda Qərb bəzi qüvvələrin sifarişi və maddi qazanca görə demokratiyanı qurban verir. Avropa ölkələrinin bir çox mətbu orqanı da bu siyasətin qurbanına çevrilib. Hazırda Azvopanın söz azadlığı sanki demokratiyanı zədələmək yolunu tutub. Söz azadlığının sərhədlərinin müəyyənləşdirilməməsi Avropada mənəvi tənəzzülə də gətirib çıxarıb. Bu problemlərin həll edilməməsi və ya buna ikili standartlarla yanaşılması Avropanın demokratiya dəyərlərini təşviq etməsinə əngəl törədir. Azərbaycanda isə nəinki kütləvi informasiya vasitələri, eləsə də vətəndaş çəmiyyətləri inkişaf dövrünü yaşayır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir