Gündəm
"Kara sevda"nın Zeynəbinin yeni serialının ilktreyleri
"Kara sevda"nın "Zeynəb"i Hazal Filiz Küçük köse yeni serialda baş rolu canlandıracaq. "Rüya" adlı layihədə aktrisanın tərəf müqabili Ceyhun Mengiroğlu olacaq. Serial maddi çətinlik yaşayan bir qızla varlı bir iş adamının sevgisindən bəhs edəcək.
Su polisi əməliyyat keçirdi
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə Mingəçevir şəhəri ərazisində bir nəfərin narkotik vasitəni satacağı barədə məlumat daxil olub.
Elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxs tutulub
820 m elektrik kabelini oğurlamaqda şübhəli bilinən Lənkəran rayonunun Göyşaban kənd sakini tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqtlar İdarəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 820 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Göyşaban kənd sakini Ramiz Fərzullazadə tutulub.
Ronaldu məhkəmə qarşısına çıxacaq
Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu hakim qarşısına çıxacaq. Ulduz futbolçunun məhkəmə tarixi artıq müəyyənləşib. Vergidən yayınmaqda ittiham olunan və həbsi tələb edilən 32 yaşlı forvardın məhkəməsi iyulun 31-də baş tutacaq. Onun "Real"da qalıb-qalmayacağının məhkəmə qərarından asılı olacağı da istisna deyil.
Ərdoğanın müşaviri GAMOH fəallarını qəbul edib
GAMOH İdarə Heyətinin üzvləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Yalçın Topçu ilə görüşüb. Bu barədə GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlı məlumata verib.
“Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat
İyunun 20 – də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbir iştirakçılarını salamlayaraq, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanın imzalanması və bu fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülmüş işlər barədə məlumat verib.
İyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. DİM-dən verilən xəbərə görə, imtahanın nəticələri iyunun 20-də saat 16:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib.
Sübahir Qurbanov və digərlərinin məhkəməsində Vidadi Zeynalovun köməkçisi ifadə verib
Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Natavanla nişanlanan Dado: "Dostlarımın mənə münasibəti dəyişdi"
"Münasibətimiz uzun müddətdir var. Əvvəl dost idik. Sonra qərar verdik ki, ailə quraq". Bu sözləri reper Dado Əliyev (Səid) deyib. Müğənni Natavan Həbibi ilə ailə qurmağa hazırlaşan ifaçı münasibətlərindən danışıb.
ABŞ Putin üçün “nəfəslik” saxladı: Respublikaçılardan PAUZA
Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin müəllifləri ABŞ Konqresinin Nümayəndələr Palatasında problemlərlə qarşılaşıblar. Respublikaçılardan ibarət əksəriyyəti Senat tərəfindən artıq bəyənilmiş sənədi beynəlxalq işlər üzrə komitəyə göndərib. Əgər Nümayəndələr Palatası qanun layihəsini dəyişdirərərək yeni formada qəbul edərə, o halda sənədi Senatla uyğunlaşdırmaq lazımdır. Anti-Rusiya sanksiyalarının tərəfdarları isə Nümayəndələr Palatasının qərarından öz narazılıqlarını gizlətmirlər.
“Vidadi Zeynalov generala çaxır göndərdi” – MTN işi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"İmtahanların ödənişli olması sənəd verən məzunların sayını azaldıb"
Buraxılış imtahahanının I mərhələsinin ilkin nəticələri Direktorlar Şurasının iclasında müzakirə edilib və rəsmi olaraq, Təhsil Nazirliyinə təqdim edilib. Təhsil Nazirliyi də bu nəticələri daha ciddi araşdırmaq istəyir.
"Jurnalistlərin dostu" mükafatı təqdim ediləcək
Azərbaycan Mətbuat Şurası və "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə "Jurnalistlərin dostu" mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edir. Bu məqsədlə MŞ tərəfindən müvafiq işçi qrupu yaradılıb.
Şengen vizasının formatı dəyişdirilir
Avropa İttifaqı Şurası bu gün 1995-ci ilin qısamüddətli Şengen vizalarının vahid formatını tənzimləyən reqlamentinə dəyişiklik edilməsi barədə qərar qəbul edib. "Artıq 20 ildir dövriyyədə olan cari viza ştampı saxtakarlıq və fırıldaqçılıq səbəbi ilə ciddi risk altına düşüb", - Aİ Şurasının mətbuat xidmətindən qeyd ediblər.
32 dövlət əmlakı özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi 20 iyunda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Komitədən “Olaylar2a verilən məlumata görə, hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 19-u kiçik dövlət müəssisəsi, 7-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyətinə, 8 kiçik dövlət müəssisəsinə, 6 istifadəsiz qeyri yaşayış sahəsinə və 5 nəqliyyat vasitəsinə, respublikanın digər şəhər və rayonları üzrə 11 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib.














