Ronaldu məhkəmə qarşısına çıxacaq
Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu hakim qarşısına çıxacaq. Ulduz futbolçunun məhkəmə tarixi artıq müəyyənləşib. Vergidən yayınmaqda ittiham olunan və həbsi tələb edilən 32 yaşlı forvardın məhkəməsi iyulun 31-də baş tutacaq. Onun "Real"da qalıb-qalmayacağının məhkəmə qərarından asılı olacağı da istisna deyil.
20 İyun 2017 17:01 İdmanPortuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu hakim qarşısına çıxacaq. Ulduz futbolçunun məhkəmə tarixi artıq müəyyənləşib. Vergidən yayınmaqda ittiham olunan və həbsi tələb edilən 32 yaşlı forvardın məhkəməsi iyulun 31-də baş tutacaq. Onun "Real"da qalıb-qalmayacağının məhkəmə qərarından asılı olacağı da istisna deyil.
Qeyd edək ki, Ronaldu 14,7 milyon avroluq vergini ödəməməkdə ittiham olunur. Apasport.az