32 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 20 iyunda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını  keçirib. Komitədən “Olaylar2a verilən məlumata görə, hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan  1-i səhmdar cəmiyyəti, 19-u  kiçik dövlət müəssisəsi,  7-i qeyri-yaşayış sahəsi,  5-i isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə  1 səhmdar cəmiyyətinə,  8 kiçik dövlət müəssisəsinə,  6  istifadəsiz qeyri yaşayış sahəsinə  və 5 nəqliyyat vasitəsinə,  respublikanın digər  şəhər  və rayonları üzrə  11  kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi 20 iyunda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını  keçirib. Komitədən "Olaylar2a verilən məlumata görə, hərracda 32 dövlət əmlakı özəlləşdirilib. Bunlardan  1-i səhmdar cəmiyyəti, 19-u  kiçik dövlət müəssisəsi,  7-i qeyri-yaşayış sahəsi,  5-i isə nəqliyyat vasitəsidir. Bakı  şəhəri üzrə  1 səhmdar cəmiyyətinə,  8 kiçik dövlət müəssisəsinə,  6  istifadəsiz qeyri yaşayış sahəsinə  və 5 nəqliyyat vasitəsinə,  respublikanın digər  şəhər  və rayonları üzrə  11  kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Ümumilikdə isə 1 milyon manatdan artıq vəsait dövlət büdcəsinə köçürülüb.Özəlləşdirilən əmlaklar səhiyyə, pampıqçılıq sahəsinə aid olmaqla yanaşı ictimai iaşə, nəqliyyat sferasında da obyektlər öz sahibi tapır. Məsələn yerləşmə, sahəsinə və digər parametrlərinə görə seçilən "Dalğa"  kiçik dövlət müəssisəsi ictimai iaşə obyekti kimi iqtisadi baxımdan əlverişlidir. Sumqayıtda yerləşən bu əmlakın torpaq sahəsi 5202 kv.m, ümumi faydalı sahəsi isə 1271 kv.m təşkil edir. Paytaxtda özəlləşdirilən 8 kiçik dövlət müəssisəsindən 3-ü Sabunçu, 3-ü Suraxanı digərləri isə müvafiq olaraq Nəsimi və Pirallahıda yerləşir. 6 istifadəsiz qeyri yaşayış sahəsindən isə  4-ü Nərimanovda, qalanları isə müvafiq olaraq Sabunçu və Nəsimi rayonlarındadır. Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 11 kiçik dövlət müəssisəsindən 3-ü Şəmkirdə, 2-si Sabirabadda qalanları isə müvafiq olaraq Sumqayıtda, Şəkidə, Daşkəsəndə, Salyanda, Zaqatalada və Ağsuda yerləşir. Bölgələrdə özəlləşdirlən qeyri yaşayış sahəsi isə Şirvan şəhərindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31