Şengen vizasının formatı dəyişdirilir

Avropa İttifaqı Şurası bu gün 1995-ci ilin qısamüddətli Şengen vizalarının vahid formatını tənzimləyən reqlamentinə dəyişiklik edilməsi barədə qərar qəbul edib. "Artıq 20 ildir dövriyyədə olan cari viza ştampı saxtakarlıq və fırıldaqçılıq səbəbi ilə ciddi risk altına düşüb", - Aİ Şurasının mətbuat xidmətindən qeyd ediblər.

Sənəddə deyilir ki, yeni qaydalar Aİ Şurası və Avropa Parlamenti tərəfindən çox güman iyulun əvvəlində qəbul ediləcək və bundan sonra Aİ-nin "Rəsmi jurnalında" dərc olunacaq. Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31