Gündəm
Peşəkar kadrların hazırlanması keyfiyyətli təhsildən keçir
Bu günlər Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının (İNMŞ) təşkilatçılığı ilə ATU-da imtahanların gedişatına ictimai baxış keçirilib. İctimai baxış 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın və obyektivliyin təmin edilməsinin izlənilməsi məqsədilə İNMŞ-nin iclasının qərarına əsasən təşkil edilib.
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərildi
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sivilizasiyaların qovuşuğunda yerləşən və birləşdirici körpü rolunu oynayan Azərbaycan qədim mədəniyyət mərkəzlərindən biri olaraq özünün unikal geosiyasi mövqeyi sayəsində multikultural nailiyyətlər qazanmış və tolerantlıq mühitinin formalaşmasına əvəzsiz töhfələr vermişdir. Onun, eyni zamanda, İslam dininin yayılması və Müsəlman İntibahının bərqərar olmasında özünəməxsus yeri vardır. Ölkəmizdə ötən "Multikulturalizm İli"nin davamı kimi 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi məhz həmin çoxəsrlik zəngin tarixi təcrübənin günümüzdəki rəmzi ifadəsidir.
Vəba epidemiyası tüğyan edir yəməndə
Yəməndə tüğyan edən vəba epidemiyası iki ay ərzində 1146 adamın ölümünə səbəb olub. Dünya Səhiyyə Təşkilatının (DST) saytı xəbər verir ki, bu barədə məlumatı DST iyunun 20-də açıqlayıb.
Həyat yoldaşlarından qorxan kişilər və bilmədiyiniz 20 FAKT
Ehtiras, şərab, pizza və dəbin vətəni İtaliya. İtaliya mədəniyyəti və folkloru o qədər zəngindir ki, sadəcə bir neçə şəhərini gəzmək, hələ İtaliyada olmaq anlamına gəlmir. Burada hər daşın, hər tikilinin öz tarixi var. Odur ki, İtaliyanı daim kəşf etmək gərəkdir.
Polis maşını minik avtomobili ilə toqquşdu: 5 ölü, 5 yaralı - Türkiyədə
Diyarbakırın Lice mahalında yerləşən Güclü kəndinin yol ayrıcında polis zirehli avtomobili ilə minik maşını toqquşub. Minik maşınındakı 5 nəfərin həyatını itirdiyi, 5 polisin isə yaralandığı deyilir. Hadisə bu gün saat 15.00-da baş verib. Əraziyə xeyli sayda təcili yardım maşını gəlib.
"Minsk qrupu bu reallıqları görür, ancaq etiraf etmək fikrində deyil"
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri və verdiyi bəyanat əvvəlkilərdən fərqlənmir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmsədrlərin regiona son səfərinə münasibət bildirərkən deyib. S.Seyidov qeyd edib ki, həmsədrlərin regiona səfəri zamanı hansısa konkret fikir səslənmədi: "Minsk qrupu həmsədrləri nəhayət başa düşməlidirlər ki, bu şəkildə, bu formada münaqişənin həlli istiqamətində hər hansı addım atmaq çox çətin olacaq".
Azərbaycan məhsullarının Ermənistana keçirilməsinin qarşısı alınıb
Azərbaycanda istehsal olunan ərzaq məhsullarının Ermənistana keçirilməsinin qarşısı alınıb. Bu barədə Ermənistanın Dövlət Gəlirləri İdarəsindən bildirilib. Belə ki, Bavrı gömrük idarəsinin əməkdaşları Gürcüstandan Ermənistana keçən avtomobillərin içərisində Azərbaycan istehsalı olan yarım tondan çox çay və xörək duzu aşkarlayıblar.
"Yad kişi ilə gördüm, dedi "işinlə məşğul ol"" - Arvadını öldürən şəxs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını namus üstündə öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Faiq Qəniyevin icraatında prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.
Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlandı
Türkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı bıçaqlanıb. Türkiyənin Uşak Universitetində təhsil alan 21 yaşlı Royal Cumayev mübahisə zəminində tələbə yoldaşı və həmvətəni olduğu deyilən O.S. tərəfindən küçədə bıçaqlanıb. Sinəsindən bıçaq yarası alan R.Cumayev yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada əməliyyat olunan tələbənin vəziyyətinin hazırda orta olduğu bildirilir. R.Cumayevə zərər yetirən tələbə yoldaşı saxlanılıb.
Cocuq Mərcanlı məktəbində 44 şagird oxuyacaq - Sakinlərə evlər verildi
Cocuq Mərcanlının yeni sakinlərinə evlərin orderləri təqdim olunub. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova bildirib. Onun sözlərinə görə, bu həftədən, ən geci gələn həftədən başlayaraq sakinlər yeni evlərinə yerləşəcəklər.
Azercell-dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer Course” layihəsi
İnformasiya texnologiyaları sahəsində gənclərin inkişafına dəstək verən Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yeni layihəyə başlayır. Balacalar və yeniyetmələr üçün nəzərdə tutulan “Coding Kids – Summer Course” layihəsi onları oyun və əyləncədən əlavə kompyuter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edəcək. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olacaqlar. Bu layihə uşaqların inkişafı üçün əvəzedilməz biliklər və bacarıqlar əldə etməyə imkan verəcək.
Çöhrəqanlının nümayəndələri Dövlət Bahçeli ilə görüşüb
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Türkiyə təmsilçiləri müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının genel başqanı Dövlət Bahçeli ilə görüşüblər. GAMOH İdarə Heyətinin üzvü, Türkiyədə yaşayan güneyli siyasi fəal Ağrı Qaradağlının verdiyi məlumata görə, görüşdə Yaxın Şərqdə və Güney Azərbaycanda baş verən hadisələr müzakirə olunub.
Bakı sərnişin vağzalında qanvermə aksiyasi keçirilib
İyunun 20-də 14 iyun Beynəlxalq Donor Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin təşəbbüsü ilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı sərnişin vağzalında qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, qana ehtiyacı olanlara və talassemiyalı xəstələrə yardım məqsədilə keçirilən aksiyada 100 nəfərə yaxın könüllü, ümumilikdə 25 litr qan verib.
Bakıda Çinin Çendu şəhərinin nümayəndə heyəti ilə görüş keçirilib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Çendu beynəlxalq dəmir yolu MMC-nin baş direktor müavini Zhahg Jingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (“Orta Dəhliz”), Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. C. Qurbanov bildirib ki, Azərbaycan üzərindən yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliliyini artırmaq üçün bütün imkanlar səfərbər olunub. Cəmiyyət sədri Azərbaycanın Çin tərəfinə yüklərin Azərbaycan üzərindən daşınmasına hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşıda duran işlər müzakirə olunub.
“Darvin bankası”ndakı 500 saylı özül əsaslı təmir edilib
SOCAR-ın “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir.
.jpg)













