Vəba epidemiyası tüğyan edir yəməndə

Yəməndə tüğyan edən vəba epidemiyası iki ay ərzində 1146 adamın ölümünə səbəb olub. Dünya Səhiyyə Təşkilatının (DST) saytı xəbər verir ki, bu barədə məlumatı DST iyunun 20-də açıqlayıb.

Yəməndə tüğyan edən vəba epidemiyası iki ay ərzində 1146 adamın ölümünə səbəb olub. Dünya Səhiyyə Təşkilatının (DST) saytı xəbər verir ki, bu barədə məlumatı DST iyunun 20-də açıqlayıb.

Məlumata görə, aprelin 27-dən etibarən ölkədə 166 976 vəbaya yoluxma faktı qeydə alınıb. Ölənlər barədə məlumat da həmin tarixdən toplanır. Ölüm hallarının çoxu Həccə əyalətində qeydə alınıb. Orada 195 adam ölüb.

Məlumatda deyilir ki, faciəyə Yəməndə vətəndaş müharibəsi səbəb olub. Müharibə ölkənin səhiyyə sistemini faktiki olaraq məhv edib. Bu da epidemiyaya qarşı mübarizədə xeyli çətinlik yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31