Polis maşını minik avtomobili ilə toqquşdu: 5 ölü, 5 yaralı - Türkiyədə
Diyarbakırın Lice mahalında yerləşən Güclü kəndinin yol ayrıcında polis zirehli avtomobili ilə minik maşını toqquşub. Minik maşınındakı 5 nəfərin həyatını itirdiyi, 5 polisin isə yaralandığı deyilir. Hadisə bu gün saat 15.00-da baş verib. Əraziyə xeyli sayda təcili yardım maşını gəlib.
20 İyun 2017 18:03 DünyaDiyarbakırın Lice mahalında yerləşən Güclü kəndinin yol ayrıcında polis zirehli avtomobili ilə minik maşını toqquşub. Minik maşınındakı 5 nəfərin həyatını itirdiyi, 5 polisin isə yaralandığı deyilir. Hadisə bu gün saat 15.00-da baş verib. Əraziyə xeyli sayda təcili yardım maşını gəlib. Yaralılar Lice və Diyarbakırdakı xəstəxanalara çatdırılıblar. Milli.az Haberler-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31