Azərbaycan məhsullarının Ermənistana keçirilməsinin qarşısı alınıb

Azərbaycanda istehsal olunan ərzaq məhsullarının Ermənistana keçirilməsinin qarşısı alınıb.  Bu barədə Ermənistanın Dövlət Gəlirləri İdarəsindən bildirilib. Belə ki, Bavrı gömrük idarəsinin əməkdaşları Gürcüstandan Ermənistana keçən avtomobillərin içərisində Azərbaycan istehsalı olan yarım tondan çox çay və xörək duzu aşkarlayıblar.

Azərbaycanda istehsal olunan ərzaq məhsullarının Ermənistana keçirilməsinin qarşısı alınıb.  Bu barədə Ermənistanın Dövlət Gəlirləri İdarəsindən bildirilib. Belə ki, Bavrı gömrük idarəsinin əməkdaşları Gürcüstandan Ermənistana keçən avtomobillərin içərisində Azərbaycan istehsalı olan yarım tondan çox çay və xörək duzu aşkarlayıblar. Avtomobillərin sərnişinləri ərzaqların mənşəyi barədə xəbərsiz olduqlarını bildiriblər. Bu barədə məlumatlandıqdan sonra onlar bu məhsulları Ermənistana aparmaqdan imtina ediblər. Apa.az "panorama.am" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31