YAP bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına başlayır
Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib. “OLAYLAR”-ın xəbərinə görə, iyunun 20-də Hakim partiyanın maliyə dəstəyi ilə aprel döyüşlərində şəhid olan, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ailə üzvlərinin bir qrupu Lənkərana - "Palıdlı-Sahil" istirahət mərkəzinə yola salınıb.
20 İyun 2017 15:52 SosialYeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyasına start verilib. "OLAYLAR"-ın xəbərinə görə, iyunun 20-də Hakim partiyanın maliyə dəstəyi ilə aprel döyüşlərində şəhid olan, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ailə üzvlərinin bir qrupu Lənkərana - "Palıdlı-Sahil" istirahət mərkəzinə yola salınıb.
Tədbirin davam etdiyi müddətdə Müdafiə Nazirliyi və "Palıdlı-Sahil" istirahət mərkəzinin birgə təşkilatçılığı ilə silsilə mədəni-kütləvi tədbirlər keçiriləcəkdir ki, bu tədbirlərin də mahiyyəti dövlətçiliklə bağlı olacaq. Belə tədbirlər ordu ilə xalq arasında münasibətlərin daha da möhkəmlənməsinə yönəldilir. Tədbir müddətində yerli incəsənət ustaları özfəaliyyət kollektivlərinin üzvləri, eləcə də H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi maraqlı konsert proqramları ilə çıxışlar edəcək.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2016-cı ilin yay mövsümündə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətini təşkili edib.