“Sosial Adaptasiyanın İnkişafına Yardım” İctimai Birliyi təqdim olundu

İyunun 20-də Bakı Mətbuat Mərkəzində “Sosial Adaptasiyanın İnkişafına Yardım” (SAY) İctimai Birliyinin təqdimatı keçirilib. Birliyin məqsəd və yaranma zərurətindən danışan  sədr  müavini Şahid Qurbanov bildirib ki,  2016-cı ilin sentyabrın 30-da   SAY  təsis olunub,  həmin ilin 12 dekabrında isə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

İyunun 20-də Bakı Mətbuat Mərkəzində "Sosial Adaptasiyanın İnkişafına Yardım" (SAY) İctimai Birliyinin təqdimatı keçirilib. Birliyin məqsəd və yaranma zərurətindən danışan  sədr  müavini Şahid Qurbanov bildirib ki,  2016-cı ilin sentyabrın 30-da   SAY  təsis olunub,  həmin ilin 12 dekabrında isə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

O, bildirib ki, Birliyin əsas məramı məsuliyyətə cəlb olunmuş şəxsləri mülki həyata adaptasiya etməkdir: "Çalışacağıq ki, ölkədə məhbəs həyatı yaşamış insanların normal həyarta və əmək fəaliyyətinə adaptasiyasında, həbsdən sonrakı fəaliyyətlərində cəmiyyətə inteqrasiyasını təşkil edək.  Onlara məşğulluq, təhsil və digər sahələrdə kömək etmək, tibbi-psixoloji və sosial yardım göstərmək Birliyimizin əsas vəzifələrindəndir" - deyə, bildirib.

SAY İctimai Birliyin sədri Musiqi Akademiyasının dosenti Fikrət Məmmədov, İdarə Heyətinin üzvləri isə sabiq millət vəkili Gülər Əhmədova, Rasim Müzəffərli, Azər Rəsulov və digər şəxslərdir.

Tədbirdə çıxış edən birliyin üzvləri həbsxanada dustaq həyatı yaşayanların həbs müddəti bitdikdən sonra cəmiyyətdə rastlaşdıqları problemlərə diqqət çəkilməsinin zəruri olduğunu qeyd etdilər.

Gülər Əhmədova öz çıxışı zamanı qeyd etdi ki, iş tapmaq, köhnə həyata, ailəyə qayıtmaq "SAY" ilə daha rahat olacaq: "Biz məhbus həyatı yaşamış hər kəsin, ailəsinin, övladlarının yanındayıq. Məhbəs-türmə qəbir deyil ki, oradan qayıtmayasan.Hər kəs bilsin ki, ən möhtəşəm, tarixi şəxsiyyətlərin belə həyatında belə məhbəs və zindanlar olub".

Gülər xanım azyaşlı uşaqların həbs həyatlarındakı çətinliklərə də diqqət ayrılmasının vacib olduğunu vurğuladı. "Həyatda heç bir mövqe qazanmağa imkanı olmayan, xarekteri formalaşmayan azyaşlı uşaqların həbs həyatı təsəvvür edilməzdi. Çox istərdik azyaşlı uşaqlar həbslərdən uzaq olsunlar."

Tədbirdə çıxış edən yazıçı publisist Yunus Oğuz İctimai Birliyin fəaliyyətinə uğurlar arzuladı. "Çox ağır bir yükün altına girmisiniz. Burada problem nə sosial, nə də madiyyatdadı. Burada problem cəmiyyətin özündədi. Biz cəmiyyət olaraq həbsxanadakı insanların bizimlə eyni bir ortamda olmasına hazır deyilik. İlk növbədə cəmiyyəti bu adaptasiyaya hazır etməliyik. Onları psixoloji olaraq buna hazırlamalıyıq. Düşünürəm ki, qarşınızda duran bütün psixoloji maniələri dəf edə biləcəksiniz." - deyə, vurğuladı.

Daha sonra çıxış edən millət vəkili Fazil Musatafa "Gözəl niyyətlə yaranan ictimai birliklərin fəaliyyətləri hər zaman təqdir olunmalıdı. Cəmiyyət olaraq bizlər hər zaman bu birliklərin fəaliyyətini dəstəkləməliyik. Həbs və miqrant həyatı insan ömrünün ən çətin dönəmlərini əhatə edir. Həbsadən azad olan insanların böyük mənəvi dəstəyə hər zaman ehtiyacı var. Azadlıqdan məhrum olanların insanlıqdan məhrum oluması demək deyil. Bu ağır problemin kiçik yükünü öz üzərinizə götürdüyünüzə görə sizi alqışlayıram". - deyə, vurğuladı.

İlahiyyatçı Haçı Şahin Dini Qurumlar üzrə Dövlət komitəsinin Pentensiar xidmətlə birgə fəaliyyətini xatırlatdı. " Həbsxanalarda olan insanların dini düzgün şəkildə mənimsənilməsi üçün biz tez -tez bu qurumlarla birgə həbsxanaları ziyarət edirik. Burdakı insanların suallarına cavab verir, onları dini düzgün şəkildə sevmələrinə çalışırıq. Həbsxanalardakı radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması üçün həbsxanalarda ilahiyyatçılarla görüşlər təşkil olunmalıdı"

Tədbirdə iştirak edən millət vəkili Fazil Sahib Alıyev Birliyin məramını dəstəklədiyinii və bu sahədə görüləcək işlərin faydasından danışaraq bildirib ki, dövlətimiz bu sahədə əlindən gələn hər bir şeyi edir. Son zamanlar Pentensiar xidmetin fəaliyyətindəki qanunvericilikdəki dəyişiklikləri xatırladan millət vəkili bu sahədə cəmiyyətin də dövlətmizə dəstəyini əhəmiyyətini xüsusi qeyd etdi.

Nigar Nigar 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31