“Azərsu” ASC elektron xidmətlərdən istifadə sayına görə 41 təşkilat arasında 5-ci yeri tutub
"Azərsu” ASC-nin abonentlərə təqdim etdiyi xidmətlərdə operativlik, şəffaflıq və səmərəliliyin təmin edilməsi məqsədilə yeni elektron xidmətlərin yaradılması istiqamətində zəruri tədbirləri davam etdirir.
20 İyun 2017 14:37 Sosial"Azərsu" ASC-nin abonentlərə təqdim etdiyi xidmətlərdə operativlik, şəffaflıq və səmərəliliyin təmin edilməsi məqsədilə yeni elektron xidmətlərin yaradılması istiqamətində zəruri tədbirləri davam etdirir. Bunun nəticəsi olaraq indiyədək Səhmdar Cəmiyyət tərəfindən 9 elektron xidmət hazırlanmış və istifadə üçün elektron hökumət portalında yerləşdirilib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 2017-ci ilin yanvar-may ayları üzrə açıqladığı statistikaya əsasən, "Azərsu" ASC elektron xidmətlərdən istifadə sayına görə 41 təşkilat arasında 5-ci yeri tutub. Hesabat dövründə "Azərsu" ASC-nin təklif etdiyi 9 elektron xidmətlə əlaqədar 59596 müraciət qeydə alınıb. Bu göstəriciyə əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti elektron xidmətlərindən ən çox istifadə olunan 10 dövlət təşkilatı siyahısına daxil olub. Eyni zamanda "Azərsu" ASC səhmdar cəmiyyətlər arasında ilk "onluğ"a düşən yeganə təşkilat olub.