“Görüşün nəticəsi kimi danışıqların bərpa olunub-olunmadığını demək mümkün olacaq”

 “Hazırda Dağlıq Qarabağ münaqişəsinin nəinki həllindən, heç danışıqların bərpasından danışmaq olmur”.

"Hazırda Dağlıq Qarabağ münaqişəsinin nəinki həllindən, heç danışıqların bərpasından danışmaq olmur".

Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov ATƏT-in Minsk qrupu həmsədrlərinin  regiona səfərlərinin nəticəsindən danışarkən bildirib. O qeyd edib ki, həmsədrlər Vyanaya gedərək Minsk qrupunun üzvlərinə səfərin nəticələri barədə məruzə  etməlidirlər, sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşməlidirlər: "Hesab edirəm ki, əgər bu görüş baş tutarsa, görüşün nəticəsi kimi danışıqların bərpa olunub-olunmadığını demək mümkün olacaq". Həmsədrlərin XİN rəhbərləri ilə mümkün görüşünün nəticəsinə gəlincə, deputat vurğulayıb ki, görüş baş tutmamış bu barədə nə isə demək çətindir.  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31