5 ayda 31,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib
“Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində stimullaşdırıcı tədbirlər əhalinin 47 faizinin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğuna yol açıb”.
20 İyun 2017 14:32 Sosial"Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində stimullaşdırıcı tədbirlər əhalinin 47 faizinin yaşadığı kənd rayonlarında əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğuna yol açıb". Bunu deyən əməmk və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, Azərbaycan Prezidentinin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət şirkətləri ilə əməkdaşlığı şəraitində, onların təqdim etdikləri vakansiyalar əsasında həyata keçirdiyi aktiv məşğulluq tədbirləri də davam etdirilir: "Ümumilikdə 2017-cı ilin yanvar-may aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 31,3 minə yaxın şəxsin məşğulluğu təmin edilib, 58 min nəfərdən çox vətəndaş peşə hazırlığı, əlavə təhsil kurslarının təşkili və peşəyönümü tədbirlərinə cəlb olunub. Müsbət nəticələrdən biri kimi, vaxtında və kompleks şəkildə görülən tədbirlər ötən ilin ilk aylarında əmək bazarında müəyyən qədər özünü göstərmiş gərginliyin artıq tam aradan qalxmasına və əmək bazarında yenidən sabitliyin mövcud olmasına imkan verib".