Ərəbistanda iranlılardan silah aşkarlandı
Səudiyyə Ərəbistanı mətbuat orqanlarının iddiasına görə ötən gecə ölkənin Sahil Mühafizə Xidməti “Mərcan” neft yatağının yaxınlığında İranın SEPAH birliklərinin üç əsgərini saxlayıblar. Mətbuat orqanlarının məlumatına görə, Sahil Mühafizə xidmətinin əməkdaşları surətli qayıq üç ədəd motorlu qayığın sahilə yaxınlaşdığını görüblər. Sahilə yaxınlaşan qayıqlara xəbərdarlıq atəşi edilib.
20 İyun 2017 14:04 DünyaSəudiyyə Ərəbistanı mətbuat orqanlarının iddiasına görə ötən gecə ölkənin Sahil Mühafizə Xidməti "Mərcan" neft yatağının yaxınlığında İranın SEPAH birliklərinin üç əsgərini saxlayıblar. Mətbuat orqanlarının məlumatına görə, Sahil Mühafizə xidmətinin əməkdaşları surətli qayıq üç ədəd motorlu qayığın sahilə yaxınlaşdığını görüblər. Sahilə yaxınlaşan qayıqlara xəbərdarlıq atəşi edilib. İki qayıq hadisə yerindən surətlə uzaqlaşıb. Mühafizə xidmətinin saxladığı digər qayıqda isə silah- sursat aşkarlandığı iddia edilir. Saxlanılan İran vətəndaşlarının istintaqa cəlb edildiyi bildilir. İran tərəfindən hadisə ilə əlaqədar heç bir açıqlama verilməyib.
Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.