5 qadından 8 uşağı olan 73 yaşlı məşhur haqqında SENSASİYALI AÇIQLAMA

Mik Caqqerin qardaşı məşhur musiqiçini sonsuz etmək lazım olduğunu açıqlayıb. Əfsanəvi musiqi qrupu “Rolling Stoun”un üzvü Mik Caqqerin qardaşı Kris Caqqer 8 uşaq atası olan 73 yaşlı sənətçinin tibbi baxımdan sonsuz etməyin lazım olduğunu söyləyib.

Mik Caqqerin qardaşı məşhur musiqiçini sonsuz etmək lazım olduğunu açıqlayıb. Əfsanəvi musiqi qrupu "Rolling Stoun"un üzvü Mik Caqqerin qardaşı Kris Caqqer 8 uşaq atası olan 73 yaşlı sənətçinin tibbi baxımdan sonsuz etməyin lazım olduğunu söyləyib.

Kris Caqqer 8 uşağı olan 73 yaşlı Mik Caqqer üçün vazektomi (kişi çoxalma kanallarının əməliyyatla bağlanması) vaxtının gəldiyini söyləyib. "Sunday Mirrora" qəzetinə açılqama verən Kris Caqqer qardaşının uşaqlarına çox yaxşı baxdığını deyib:

"Həqiqətən yaxşı atadır. Bütün uşaqları onu sevir. Lakin artıq vazektomi əməliyyatı keçirməlidir". 5 qadından 8 uşağı olan, hazırda 29 yaşlı balerina Melaniya Hamriklə sevgili olan musiqiçinin 8-ci övladı dekabr ayında dünyaya gəlib. Publika.az xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31