Döyüş tapşırıqları icra edilir
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi təlimlərdə qoşunlar döyüş tapşırıqlarını icra edilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər. Qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edirlər.
20 İyun 2017 13:59 SiyasətAzərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi təlimlərdə qoşunlar döyüş tapşırıqlarını icra edilir. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər. Qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edirlər.