ƏƏSMN “E-hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumudur
“Əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində qurulan avtomatlaşdırılmış sistemlər bu sahələrdə innovativ texnologiyalara əsaslanan səmərəli idarəetmə mexanizmlərinin və əhaliyə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanlarının yaradılmasına səbəb olub”.
20 İyun 2017 14:33 Sosial"Əmək və sosial müdafiə, əlilliyin qiymətləndirilməsi sahələrində qurulan avtomatlaşdırılmış sistemlər bu sahələrdə innovativ texnologiyalara əsaslanan səmərəli idarəetmə mexanizmlərinin və əhaliyə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanlarının yaradılmasına səbəb olub". Bunu deyən əməmk və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, nəticədə həmin sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir və onların böyük hissəsi "E-hökumət" portalında ən çox istifadə edilən e-xidmətlər sırasındadır: "Təkcə cari ilin yanvar-may aylarında bu e-xidmətlərə 4 577 529 dəfə müraciət olunub və bu göstərici ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "E-hökumət" portalında 2017-ci ilin ilk beş ayı ərzində e-xidmətlərindən ən çox istifadə olunan 10 dövlət qurumu sırasında ilk yeri tutub. Yalnız onu qeyd etmək kifayətdir ki, ötən ay "E-hökumət" portalına müraciətlərin 34,4 faizi və ya 745 298-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə yönəlib".