Gəmi-bərənin əsaslı təmiri başa çatıb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təmir olunub. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. Belə ki, gəmi-bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, tüstü boruları təmizlənərək rənglənib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Akademik Zərifə Əliyeva" gəmi-bərəsi təmir olunub. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, "Zığ" Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. Belə ki, gəmi-bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, tüstü boruları təmizlənərək rənglənib. Sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, kinqston qutuları, müxtəlif təyinatli su, yağ və yanacaq nasosları, köməkçi mühərrik təmir olunub. Baş mühərriklərin bəzi hissələri isə yenisi ilə əvəzlənib. Dəniz sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31