Minsk Qrupunun missiyası dəyişməlidir

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona daha bir səfəri baş tutdu. Əvvəlki səfərlərdən heç nə ilə fərqlənməyən bu dəfəki səfərdə də həmsədrlər öz ənənələrinə sadiqlik nümayiş etdirərək işğala məruz qalanla işğalçıya eyni prizmadan yanaşdılar, tərəfləri kompromisə dəvət etdilər. Hər dəfə olduğu kimi bu dəfə də aoloji mövqenin ortaya qoyulması haqlı olaraq Azərbaycan cəmiyyətində narazılığa səbəb olub. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə vasitəçilərin bu yanaşması tənqid edilib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona daha bir səfəri baş tutdu. Əvvəlki səfərlərdən heç nə ilə fərqlənməyən bu dəfəki səfərdə də həmsədrlər öz ənənələrinə sadiqlik nümayiş etdirərək işğala məruz qalanla işğalçıya eyni prizmadan yanaşdılar, tərəfləri kompromisə dəvət etdilər. Hər dəfə olduğu kimi bu dəfə də aoloji mövqenin ortaya qoyulması haqlı olaraq Azərbaycan cəmiyyətində narazılığa səbəb olub. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə vasitəçilərin bu yanaşması tənqid edilib.

Millət vəkili Sahib Alıyev təəssüf hissi ilə bildirib ki, həmsədrlərin regiona bu dəfəki səfəri ermənilərin cəbhədə təxibatlarının artdığı bir zaman təsadüf etsə də, lakin vasitəçilər bunun müqabilində işğalçı ölkəyə heç bir xəbərdarlıq etmədilər: "Səfərlə paralel olaraq cəbhədə gərginliklər də baş qaldırdı. Və bu da məhz həmsədrlərin regiona səfərləri və tutduqları yanılış mövqedən qaynaqlanır. Əgər həmsədrlər işğal faktının aradan qaldırılmasının deyil də, cəbhədə nəzarət mexanizminin gücləndirilməsinin peşindədirlərsə, onda bu baş verənlərə təbii baxmaq lazımdır. Haylar indi qəsdən vəziyyəti gərginləşdirir, cəbhədə təxribata əl atırlar ki, "nəzarət mexanizminin möhkəmləndirlməsi" məsələsi daha da aktualaşsın, işğal faktı isə yenə arxa planda qalsın. Bəlkə, bu yöndə hətta onlara tapşırıq belə verilib". Millət vəkili qeyd edib ki, cəbhədə nəzarət mexanizmi doğurdan da lazımdır. Ancaq bu mexanizm işğal faktının möhkəmlənməsinə yox, aradan qaldırılmasına xidmət etməlidir: "Yəni Ermənistandan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və işğal altındakı digər torpaqlarımızla bağlı 4 qətnaməsinin yerinə yetirilməsi tələb edilməli, bunun necə reallaşdırıldığına nəzarət olunmalıdır. Təklif edilən nəzarət mexanizmi isə ancaq və ancaq status-kvonun qorunub saxlanaması üçündür ki, bunu işğalçı tərəf özü də gizlətmir, açıq şəkildə dilə gətirir. Bəli, haylar da deyirlər ki, həmsədrlərin təklif etdikləri nəzarət mexanizminin gücləndirlməsi təklifi status-kvonun onların kefləri istədiyi qədər qorunub saxlanmasına xidmət edir. Prezidentləri ayrılıqda və birlikdə bir neçə dəfə "status-kvo dəyişməlidir",- deyən həmsədr dövlətlərin sözləriylə atmaq istəikləri addım eynən hardasa terror qruplaşmalarına yanaşmada sərgilədikləri mövqeyə bənzəmirmi? Burada hardasa sözünü ona görə işlədirik ki, onlar terrorçulara gizli dəstək verməklə yanaşı, hərdən başlarına bomba da tökürlər. İşğalçı və terrorçu haylara gəldikdə isə ancaq dəstək görürük. Açıq və gizli, birbaşa və dolayı dəstək. Baxın, son döyüşlərdə ermənilərin 6 hərbiçisi zərərsizləşdirilib ki, hamısı Ermənistandan gətirilən cağırışçılar və müddətdən artıq hərbi xidmət keçənlərdir. Onların üçünün çağırışçı olduğu dəqiqdir. İndi həmsədrlərdən soruşuruq: Sizin təklif etdiyiniz bu nəzarət mexanizmi nə üçündür, əlinə silah verilərək Azərbaycan torpaqlarına göndərilən Ermənistan hərbiçilərinə qarşı addım atılmaması üçünmü? Axı siz Ermənistanın yeritdiyi bu işğalçı siyasətin önünü kəsməlisiniz, ona qarşı görülən tədbirlərin deyil. Və bu ona görə sizdən tələb edilmir ki, ədalətli, haqqın tərəfində olduğunuz düşüncəsindəyik. Xeyr, beynəlxalq normalar, bir də üzərinizə götürdüyünüz öhdəlik var, zəhmət çəkin yerinə yetirin! Ona görə də, fikrimcə, ümumiyyətlə format dəyişmirsə belə Minsk qrupuna həmsədrlik edənlərin missiyasının adı dəyişdirilməli, yaxud da dəqiqləşdirilməlidir. Həmsədrlik institutu Dağlıq Qarbağ münaqişəsinin həlli üçün yaradılıb, deyilmi? Ancaq cəbhə xətti Dağlıq Qarbağın sərhədlərindən çox-çox kənara çıxıb. Söhbət indi sadəcə Dağlıq Qarabağ probleminin həllindən deyil, həm də Azərbaycanın işğal altındakı daha 7 rayonundan gedir. Ona görə də həmsədrlər "uzun vaxt aparan mürəkkəb məsələ" dedikləri Dağlıq Qarabağ probleminin həlli yönündə "səylərini" davam etdirməli, işağ altındakı digər 7 rayona gəldikdə isə bunu BMT Nizamnaməsinə və digər beynəlxalq aktlara dayanaraq Azərbaycan özü çözməlidir ki, həmən sənədlərdə də işğalçıya qarşı güc tətbiqi yasaqlanmır, əksinə təşviq olunur". Millət vəkilinin sözlərinə görə, həmsədrlərin regiona səfərləriylə bağlı açıqlama verərkən Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov cənab İlham Əliyevin dəfələrlə bildirdiyi "Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəştə getməyəcək" sözlərini elə-belə xatırlatmırdı: "Bu təkcə xatırlatma yox, həm də bir xəbərdarlıqdır. Və təkcə ermənilərə deyi, həm də havadarlarına edilən xəbərdarlıq".

Müstəqil ekspert Rövşən Məmmədli isə deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin nümayəndələrinin Ermənistan və Azərbaycana növbəti gəlişi də turist səfəri idi. Ekspertin qənaətincə, onların fakt verməyən bəyənatlarından aydın olur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisindən kənarda işğal olunmuş bir sıra rayonları, o cümlədən Laçın, Qubadlı, Zəngilan Cəbrayılda da olublar: "Şübhəsiz ki, həmsədrlər bu zaman həmin ərazilərdə xarabalığa çevrilmiş minlərlə kənd, qəsəbə və şəhərləri də görüblər. Həmçinin insan yaşayışı olmayan, səhralara çevrilən çölləri də görüblər.Yəqin ki, Ermənistanın bu ərazilərdə məskunlaşdırdıqları ermənilərlə də söhbət ediblər. Çox şey görüblər. Dağılan qəbirstanlıqları, yer üzündən silinən abidələri, ot basmış yolları. Ancaq gördüklərindən bir kəlmə danışmayıblar. Ermənistanın faşistlərin belə etmədiyini həyata keçirdiyini görüblər. Əgər bu həmsədrlərin qarşısında gerçəkdən Qarabağ məsələsinin sülh yolu ilə həlli missiyası qoyulmuşdursa, onda onlar elə ilk növbədə bu həqiqətləri açıb bütün dünyaya çatdırmalıydılar ki, Ermənistan Azərbaycanın işğal etdiyi 20 faiz ərazisini həqiqətən cəhənnəmə çevirib. Bundan başqa bu həmsədrlər Qarabağa gedib 50 min ermənilərin "liderləri ilə görüşürlər" ancaq Dağlıq Qarabağdan və ətrafından qaçqın düşmüş bir milyon məcburi köçkünlərin nümayəndələri ilə görüşmürlər. Yenə əvvəlki kimi tərəflərin güzəşti, razılığa gəlməsi və s. kimi mənasız söz-söhbətlər. Ancaq bir milyon məcburi köçkünün öz yurdlarına bir an öncə qaytarılmalı olduqlarını dilə gətirmirlər. Sanki, bir milyon günahsız insanın faciəsi onları maraqlandırmır. Necə olur, Qarabağda öz evində rahat yaşayan, ermənilərin seperatçı "nümayəndələri" ilə görüşüb müzakirələr aparırılar, ancaq bir milyon azərbaycanlı köçkünün heç adı da çəkilmir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31