Ermənilərdə psixoz atmosfer hökm sürür

Bu günlərdə Ermənistanın işğal altında olan Dağlıq Qarabağa muzdlu əfqanları yerləşdirməsi, eləcə də burada PKK terror təşkilatının düşərgəsinin mövcudluğu barədə xəbərlərin yenidən gündəmə gəlməsi cəmiyyətdə, xüsusilə övladı hərbi xidmətdə olan valideynlər arasında müəyyən narahatçılığa səbəb olub. Məlumat üçün qeyd edək ki, yayılan xəbərlərdə Ermənistanın aylıq məvacib qarşılığında əfqanları Qarabağa gətirdiyi və təxminən 8 minə yaxın əfqanın Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşməyə hazır olduğu bildirilirdi.

Cəbhədə verdikləri ciddi itkilərdən dolayı

Bu günlərdə Ermənistanın işğal altında olan Dağlıq Qarabağa muzdlu əfqanları yerləşdirməsi, eləcə də burada PKK terror təşkilatının düşərgəsinin mövcudluğu barədə xəbərlərin yenidən gündəmə gəlməsi cəmiyyətdə, xüsusilə övladı hərbi xidmətdə olan valideynlər arasında müəyyən narahatçılığa səbəb olub. Məlumat üçün qeyd edək ki, yayılan xəbərlərdə Ermənistanın aylıq məvacib qarşılığında əfqanları Qarabağa gətirdiyi və təxminən 8 minə yaxın əfqanın Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşməyə hazır olduğu bildirilirdi.

Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov isə bunun o qədər də inandırıcı olmadığı qənaətindədir və o, hesab edir ki, işğalçı ölkənin iqtisadi durumu buna imkan vermir: "Mən bu cür məlumatlara ciddi yanaşmıram. Çünki acından günorta duran erməni yaramazlarda bu qədər maddi imkan ki, onlar əfqan muzdlular və PKK-çını Qarabağ ərazisinə yerləşdirsin? Mən əsla demirəm ki, bədnam qonşularımız əsgər və zabit çatışmazlığı ucbatından bəzi avaragör şəxsləri tutub müəyyən maraqlar çərçivəsində cəbhə bölgəsinə göndərmirlər. Amma, az qala ad və soyadı bəlli kimi verilən bu xəbərdə, şəxsən mən tamam başqa məqsəd və məna görürəm. Özü də, bu xəbər heç də bizim marağımıza cavab verməyən bir yanaşmadır. Onsuz da bütün dünya ermənilərin indiyə kimi istər Suriyadan, istər Livandan və keçmiş SSRİ respublikalarından zaman-zaman muzdluları gətirdikləri haqqında məlumata malikdirlər. Biz də Birinci Qarabağ savaşı zamanı üzbəüz döyüşlərdə onlardan bəzilərini cəhənnəmə vasil etmişik. Şəxsən mən belə əclaflardan 4 nəfərini öz əsgərlərimlə bərabər 1994-cü ilin mart ayında Füzuli rayonunun Şükürbəyli-Aşağı Əbdülrəhmanlı kəndi istiqamətində gedən döyüşlər zamanı məhv edərək yalnız bizə bəlli olan bir yerdə basdırmışdıq. Ona görə də, biz bu tip materialları öz mətbuatımızda dərc edərkən, məsələnin digər tərəfini də nəzərə almalıyıq. Çünki, yaramaz düşmənlə üz-üzə dayanan 18-20 yaşlı balalarımızın, onların doğmaları və yaxınlarının heç də az olmayan gərginliklərinin üzərinə bir az da əlavə yük qoymuş oluruq. Ola bilsin kimsə bu fikrimlə razılaşmasın, amma istənilən halda son dərəcə düşmənin bəzi şişirtmələrinə və dezinformasiyalarına qarşı da diqqətli davranmalıyıq". Hərbi ekspert bildirib ki, bu xəbərin özü, daha çox Ermənsitan Silahlı Qüvvələrinin necə acınacaqlı bir durumda olmasının göstəricisidir: "Amma, onlar bunu tam fərqli bir ampluada təqdim etməyə cəhd edirlər".

Üzeyir Cəfərov son günlər cəbhə xəttində baş verən məlum olaylar barədə də fikirlərini bölüşüb və bildirib ki, bu bədnam qonşularımızda çox böyük ruh düşkünlüyü və əsəbi atmosfer yaradıb: "Belə bir vəziyyət, Ermənistandabir 2017-ci ilin əvvəlində yaşanmışdı, bir də indi. Ard-arda xeyli sayda döyüş və qeyri-döyüş şəraitində əsgər və zabit itkiləri ilə qarşılaşan haylar Ermənistanın siyasi-hərbi rəhbərliyinin gününü "qara əskiyə" bükmüşdülər. İndi də, cəbhədə verdikləri ciddi itkilərdən dolayı hiss olunur ki, ermənilərdə bir psixoz atmosfer hökm sürür.

Bunun davamını mütləq gətirmək lazımdır. Özü də, cəbhənin ayrı-ayrı istiqamətində. ATƏT, BMT- hamısı boş və mənasız qurumlardır. Nə vaxt bu beynəlxalq təşkilatlar öz Nizamnamələrinə, qəbul etdikləri sənədlərə əhəmiyyət verəcəklər, onda biz Azərbaycan dövləti və ictimaiyyəti olaraq onlara hörmətlə yanaşarıq. Hələliksə, bu qurumlar sırf erməni və havadarlarının maraqlarına uyğun hərəkət sərgilədiklərinə görə, biz öz bildiyimizi etməliyik. Yəni, işğalçı dövlətin əsgər və zabitlərini məhv etməklə onları çaşqın vəziyyətə salmalıyıq. Bunu etmək üçün isə müdafiə naziri general-polkovnik Zakir Həsənov yerlərdəki hərbi hissə və birləşmələrin komandirlərinə lazım olan göstərişləri verməlidir. Onsuz da düşmənlə təmas xəttində göz qırpmadan xidmət aparan əsgər və zabitlərimiz qarşı tərəfin bütün hərəkətlərini izləməkdə davam edirlər. Sadəcə o igid balaları maddi həvəsləndirmək lazımdır ki, onlar əvvəlkindən də daha şövqlə düşmənə qarşı sarsıdıcı zərbələr vursunlar". Hərbi ekspert hesab edir ki, Azərbaycanın imkanlı insanları da hazırkı məqamda öz əsgər və zabitlərini, özü də Silahlı Qüvvələr günü öncəsi maddi həvəsləndirsələr yaxşı olar: "Onsuz da, bizim düşməni "başa salmaq" üçün ən uyğun və optimal yollarımızdan biri məhz onu davamlı şəkildə məhv etməyimizdir. Bu mənasız və prespektivsiz danışıqlara çox vaxt itirdiyimizdən, indi daha müasir və optimal yol hesab edirəm, düşməni metodki şəkildə, davamlı məhv etmək, onu sarsıtmaqdır. Müharibə etməyə, torpaqlarımızı güc yolu ilə azad etməyə hələ ki, böyük dövlətlər o qədər də həvəsli görünmədikləri üçün təklif edirəm ki, bu üsüldan istifadə edək. Və əminəm ki, tez bir zamanda bunun necə gözəl effekt verəcəyinin şahidi olacağıq. Bu deyilənləri yerinə yetirməklə yanaşı, ön xəttdə olan komandir və rəis heyətlərimiz də şəxsi heyətin həyatını qorumaq üçün bəzi əlavə tədbirləri həyata keçirməlidirlər. Sözsüz ki, son günlər verdikləri itkiləri və bundan sonra üzləşəcəkləri durumdan çıxmaq üçün namərd və xain qonşularımız bəzi addımlar atmağa hazırlaşırlar. Ona görə də, tez bir zamanda, elə bu saatlarda, bu günlərdə Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindəki bütün canlı qüvvə və texnikası məhv edilməlidir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31