Neftin qiymətdən düşməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşəcək
Xəbər verildiyi kimi dünya birjalarında neftin qiyməti aşağı düşüb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,38% azalaraq 44,57 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar və ya 0,34% azalaraq 47,21 dollar olub. Maraqlıdır, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?
20 İyun 2017 13:39 İqtisadiyyatEkspert: "Mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər"
Xəbər verildiyi kimi dünya birjalarında neftin qiyməti aşağı düşüb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,38% azalaraq 44,57 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar və ya 0,34% azalaraq 47,21 dollar olub. Maraqlıdır, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?

İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, 2017-ci ildə ilk dəfə olaraq Brent markalı neftin hər barelinin qiyməti 47 dollardan aşağı düşdü: "Qətər ətrafındakı gərginlik və eləcə də ABŞ-da neft ehtiyatlarının artması fonunda neftin dünya bazar qiymətində azalmalar müşahidə edilməkdədir. Bu ilin ilk 4 ayında nisbətən stabil qalan neft qiymətlərinə Qətər gərginliyindən sonra OPEC+ anlaşmasının yerinə yetirilməsi ilə bağlı formalaşan inamsızlıq birbaşa təsir göstərməkdədir. Əslində, son proseslər göstərir ki, nəinki şist neft hasilatının artması və ya alternativ enerjidən istifadə imkanlarının genişləndirilməsi, eyni zamanda Yaxın Şərq ölkələrinin bir-biri ilə gərgin münasibətləri neftin qiymətinin yüksəlməsinə imkan vermir". Onun sözlərinə görə, Azəraycan dövlət büdcəsində neftin bir barelinin qiymətinin 40 dollar nəzərdə tutulduğundan hələlik mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər: "Bununla belə, əvvələrdə qeyd etdiyimiz kimi, neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Bu tədiyyə balansına və xüsusən də ölkəyə daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək. Bu baxımdan, fiskal konsolidasiyanın növbəti mərhələsi struktur islahatlarının sürətləndirilməsi formasında həyata keçirilməlidir. Struktur islahatlarının genişləndirilməsi yalnız büdcə vəsaitlərinə qənaət deyil, eyni zamanda müxətlif sektorların idarəedilməsində çevikliyin və səmərəliyinin gücləndirilməsi baxımdan da vacibdir".
Ekspertlər hesab edirlr ki, neftin qiymətinin aşağı düşməsinin Azərbaycana mənfi təsiri qeyri-mümkündür. Çünki hazırda iqtisadi baxımdan ölkəmizdə neftin qiymətindən qaynaqlanan bir çətinlik yaşanmır. Buna səbəb Azərbaycanda hasilatın xərclərinin aşağı olmasıdır. Neftin qiymətinin ölkəmizə təsiri ondan ibarət ola bilər ki, ümumilikdə gəlirlərin azalması qeydə alınsın. Azərbaycan hökuməti həyata keçirdiyi şaxələndirilmiş iqtisadi siyasətlə, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə gəlirlərin sabit saxlanmasını təmin edəcəyi reallıqdır. Bundan başqa, Azərbaycan hökuməti dünya bazarında neftin qiymətinin mütəmadi dəyişməsinin siyasi amillərini də nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsinə üstünlük verir.
Xatırladaq ki, Azərbaycan iqtisadiyyatı son illərdə yüksək dinamik inkişaf nümayiş etdirib. Ölkəmiz özünün iqtisadi potensialını artırıb və regionda, eləcə də dünyanın bir çox ölkələri ilə müqayisədə xeyil irəli gedib. Beləliklə, Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə lider ölkələr sırasına çatıb. Buna baxmayaraq, dünya bazarında neftin qiymətinin aşağı düşməsi təbii ki, Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Bunun nəticəsində dövlət büdcəsinin gəlirləri, xüsusən Dövlət Neft Fondundan edilən daxilolmaların azalması qaçılmaz olur. Lakin Azərbaycan hökuməti neft bazarında baş verənləri nəzərə alaraq dövlət büdcəsinin hazırlanmasında yeni yanaşmalar tətbiq edir. Təsadüfi deyil ki, 2017-ci ilin dövlət büdcəsi hazırlanan zaman hökumət və dövlət büdcəsi ilə birbaşa məşğul olan iqtisadiyyat, maliyyə, vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi və digər qurumlar yeni yanaşmaları nəzərə alaraq öz təkliflərini veriblər. Nəticədə isə yeni reallıqlara, dünyada baş verən mənfi proseslərinin təsirlərini azaltmağa cavab verən büdcə layihəsi hazırlanıb. Məsələn, cari ilin dövlət büdcəsi əvvəlki illərdən fərqli olaraq, bir qədər azalma ilə xarakterizə olunur. Bu da təbiidir və beynəlxalq maliyyə təşkilatları bunu obyektiv qiymətləndirirlər. Tarixi inkişaf təcrübəsi göstərir ki, dünyanın heç bir yerində Azərbaycandakı qədər yüksək inkişaf tempi olmayıb. Məhz bu inkişafın nəticəsidir ki, hazırki dövlət büdcəsi Azərbaycanın milli maraqlarına və iqtsadi təhlükəsizliyinə cavab verir. Eyni zamanda, ölkədə həyata keçirilən sosial proqramların daha böyük uğurla davam etdirilməsinin, onun miqyasının mahiyyətinin daha da dərinləşməsini vacib edir. Dünyada baş verən qlobal proseslərin dəhşətli miqyasına baxmayaraq, Azərbaycanın sosial sahədə tutduğu mövqe dəyişməz qalır. Yaxın gələcəkdə isə Azərbaycanın dövlət büdcəsinin nertdən asılılığının aradan qaldırılması isə ümumilikdə iqtisadi proseslərin dinamik inkişafını təmin edəcək.
Zəka