Minsk Qrupunun uğursuz fəaliyyəti

Artıq bir neçə gündür ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər. Ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik göstərərək işğal altında olan Azərbaycan ərazilərinə Ermənistandan keçən həmsədərlər bu dəfəki səfərləri və istər işğalçı ölkə, istərsə də erməni işğalı altında olan Dağlıq Qarabağda keçirdikləri görüşlərlə bir daha öz mahiyyətlərini, tərəfsiz olmadıqlarını, ən əsası Ermənistanın maraqlarına xidmət etdiklərini ortaya qoydular.

Və həmsədrlərin bəyanatlarında Ermənistanın maraqlarına uyğun olan nüanslar

Artıq bir neçə gündür ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regionda səfərdədirlər. Ənənəvi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik göstərərək işğal altında olan Azərbaycan ərazilərinə Ermənistandan keçən həmsədərlər bu dəfəki səfərləri və istər işğalçı ölkə, istərsə də erməni işğalı altında olan Dağlıq Qarabağda keçirdikləri görüşlərlə bir daha öz mahiyyətlərini, tərəfsiz olmadıqlarını, ən əsası Ermənistanın maraqlarına xidmət etdiklərini ortaya qoydular. Dağlıq Qarabağda seperatçıların lideri ilə aparılan müzakirələr, erməni hərbiçilərlə keçirilən görüş və digər məqamlar belə bir əminliyi yaradır. Həmçinin həmsədrlərin regiona bu dəfəki səfəri bir daha onu deməyə əsas verdi ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyil və bu missiyanın əsas məqsədi mövcud status-kvonu saxlamaqla münaqişənin həllini uzatmaqdır. Əks halda Minsk qrupu və ona həmsədrlik edən ölkələr vasitəçilərin regionda səfərdə olduğu müddətdə belə işğalçı Ermənistanın cəbhə xəttində yeni təxribatlar törətməsinə kəskin reaksiya verər, İrəvanı danışıqlar prosesində fəal olmağa çağırardı. Ancaq bunların heç biri müşahidə edilmədi. Əksinə ermənipərəst vasitəçilər erməni təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin verdiyi layiqli cavab zərbəsindən narahatçılıq keçirdilər və münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyünü ifadə etdilər. Ancaq təəssüflər olsun ki, həmin fikirlər işğalçı ölkənin təxribat cəhdləri zamanı deyil, məhz bu təxribata cavab verilərkən yada düşdü.

Bütün bunlar bir daha Azərbaycan cəmiyyətində əminlik yaratdı ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri yalnız turistik xarakter daşıyır və onlar ildə bir neçə dəfə regiona gələrək burada öz asudə vaxtlarını keçirirlər. Ona görə də bu missiyadan Dağlıq Qarabağ probleminin həllində hansısa irəliləyiş gözləmək yersizdir. Hətta, artıq ATƏT-in Minsk qruöundan qurtulmağın zamanı yetişib.

Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Minsk qrupu Qarabağ problemini həll etmək iqtidarında deyil: "Daha dəqiq desək bu maraqlı görünmür. Sadəcə onlar müntəzəm olaraq regiona səfər etməklə guya aktiv fəaliyyət göstərdikləri görüntüsü yaradırlar. Hesab edirəm ki, artıq Minsk qrupunu Dağlıq Qarabağ probleminin həlli prosesindən uzaqlaşdırmaq lazımdır. Çünki 20 ildən artıq müddət ərzində həmsədrlər və onların təmsil olunduğu ölkələr problemin həlli istiqamətində 1 addım belə irəliləyişə nail olmayıblar. Ona görə də mənasız fəaliyyətə spn qoyulmalıdır"

Yeni Azərbaycan Partitasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva isə deyib ki, dünyadakı mövcud beynəlxalq təşkilatlar münaqişələrin həllində fəal iştirak edə bilərlər. Amma təəssüflər olsun ki, ayrı-ayrı münaqişələrə fərqli münasibətlər göstərilir: "Elə məsələ var ki, BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edən kimi dərhal icra olunmağa başlayır. Amma Dağlıq Qarabağ münaqişəsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də kağız üzərində qalıb. Bu fakt da dünyada ikili standartların göstəricisidir". Sevinc Fətəliyeva bildirib ki, digər beynəlxalq təşkilatlar- NATO, AŞPA, İƏT və başqaları Dağlıq Qarabağ problemi haqqında sənədlər qəbul ediblər. Onun sözlərinə görə, həmin sənədlərdə Azərbaycanın ərazi bütövüyü tanınır, münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanır, amma bununla belə işğalçı Ermənistana qarşı hər hansı tədbir görülmür, sanksiyalartətbiq olunmur: "İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən sənədlər qəbul edib. NATO, Avropa İttifaqı və bir sıra təşkilatlar öz qərarlarında, bəyanatlarında münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu və Minsk qrupunun səylərini dəstəklədiklərini qeyd edirlər. Minsk qrupunun fəaliyyəti isə göz önündədir. Minsk qrupunun həmsədrləri indiyə qədər münaqişənin həlli ilə əlaqədar müəyyən təkliflər təqdim ediblər. Hazırki danışıqlar isə Yenilənmiş Madrid Prisnsipləri əsasında aparılır. Təəssüf ki, Ermənistan müxtəlif bəhanələrlə münaqişənin sülh yolu ilə həllini uzadır, mövcud status-kvonu qorumağa çalışır. Həmsədrlərin bəyanatları isə həmişə balanslaşdırılmış olur. Yəni işğalçı tərəfə qarşı beynəlxalq hüquq çərçivəsində addımlar atılmır. Hətta bəzən biz onların bəyanatlarında Ermənistanın maraqlarına uyğun olan nüansları görürük ki, bu da haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılanır". Hakim partiyanın rəsmisi deyib ki, həmsədrlər daha çox atəşkəsin pozulmaması və qarşılıqlı etimad mühitinin yaradılmasından danışırlar: "Amma Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, 1 milyondan çox insanın öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi haqda fikirlərinə demək olar ki, rast gəlmirik. Yaxud, çox nadir hallarda bu haqda fikir bildirirlər. Münaqişənin həlli ilə bağlı proseslərin real mənzərəsi bundan ibarətdir. Hazırda həmsədrlər regionda səfərdədirlər. Əgər həmsədrlər həqiqətən də münaqişənin ədalətli həllini istəyirlərsə, beynəlxalq hüquq çərçivəsində addımlar atmalıdırlar. Əks halda Ermənistan xoşluqla işğalçılıq siyasətinə son qoymayacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31