Həmsədr ölkələrin dövlət maraqları vasitəçilik missiyasını üstələyir
İyunun 19-dan etibarən ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayır. Xatırladaq ki, bundan əbbəl həmsədrlər Ermənistanda səfərdə olublar. Səfər çərçivəsində həmsədrlər Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşüblər. Görüşdə münaqişə zonasındakı vəziyyət müzakirə olunub. Həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da görüşələri baş tutub. Onu da qeyd edək ki, səfərin yekununda həmsədrlər adından bəyanat yayılacaq. Maraqlıdır, həmsədrlərin regiona səfərlərinin nəticəsi olaraq hansısa razılaşma əldə etmək mümkün olacaqmı?
20 İyun 2017 13:36 SiyasətMinsk Qrupu ikili standartlarını davam etdirməkdədir
İyunun 19-dan etibarən ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayır. Xatırladaq ki, bundan əbbəl həmsədrlər Ermənistanda səfərdə olublar. Səfər çərçivəsində həmsədrlər Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşüblər. Görüşdə münaqişə zonasındakı vəziyyət müzakirə olunub. Həmsədrlərin Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla da görüşələri baş tutub. Onu da qeyd edək ki, səfərin yekununda həmsədrlər adından bəyanat yayılacaq. Maraqlıdır, həmsədrlərin regiona səfərlərinin nəticəsi olaraq hansısa razılaşma əldə etmək mümkün olacaqmı?
Əvvala qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı addımların heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbədən cəmiyyətdə nüfuzunun itirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maralı görünür. Məhz Minsk qrupunun qeyri-əməli fəaliyyətinin nəticəsidir ki, Ermənistan silahlı birləşmələri çəkinmədən səfər ərəfəsində belə təxribatlara əl atırlar. Məhz bu dəfə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin ağır silahlardan intensiv şəkildə pozulması və təxribat əməliyyatlarının törədilməsi həyata keçirilir. Hətta, Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri itki verib. Təsəvvür edin ki, Ermənistan tərəfi 15 iyun tarixindən etibarən cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə ardıcıl təxribatlar törədir. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyaev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib: "Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır". Fakt ondan ibarətdir ki, eyni vəziyyət illərlədir ki davam etməkdədir. ATƏT-in Minsk qrupu bölgəyə səfər edir, səfər öncəsi ermənilər cəbhədə fəallığı artırır, həmsədrlər sadəcə bəyənat verib səfərlərini başa çatdırılar. Elə isə, nədən illərlədir ki, həmsədrlər baş verənlərə reaksiya vermir, öz işlərini quru bəyənatla birtmiş hesab edirlər?
Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunda vasitəçi qismində Rusiya, Fransa və ABŞ təmsil olunur. Narahatverici məqam ondan ibarətdir ki, sadalanan dövlətlərin hər üçünün zahirən Azərbaycanla münasibəti normal olsa da onların ölkəmizlə bağlı dövlət maraqları göz önündədir. Nəzərə almaq lazımdır ki, Rusiya Cənubu Qafqazda mövqeyini saxlamaq üçün Ermənistandan maksimim istifadə edir. Elə bu məqsədlə də Gümrüdə öz hərbi bazasını yerləşdirib. Fransa bu ölkədə erməni soyqırımı olmayıb deyənlərin məsuliyyətə cəlb edilməsilə bağlı qanun qəbul edib. Amerika Birləşmiş Ştatlarının da mövqeyi 907-ci düzəlişlə aydın şəkildə bəlli olur. Belə halda Minsk qrupunun həmsədrlərindən hansı ədalətli qərar gözləmək olar? Məhz bu kimi amilləri nəzərə alaraq Azərbaycan içtimaiyyəti Minnsk qrupunun formatını dəyişdirilməsi təlifi ilə çıxış edir. Ölkə içtimaiyyəti hesab edir ki, Minsk qrupu indiyə qədər Daqlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir təsirli tədbir görə bilməyib. Ötən müddət ərzində ATƏT Minsk qrupunun həmsədri bu tərkiblə heç bir məsələnin həllinə müsbət təsir etməyib. Bu baxımdan artıq vaxtı gəlib çatıb ki, Azərbaycan rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsini müzakirəyə çıxarsın. Çünki indiyə qədər fəaliyyət göstərən hər üç həmsədr ölkə birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Ona görə də bu balansı yaratmaq üçün, müəyyən formada ədalətli mövqeyi bərqərar etmək üçün Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan tərəfi Minsk qrupunun həmsırləri sırasına Almaniya və Türkiyənin əlavə edilməsinə tərəfdardır. Hesab edilir ki, hər iki dövlətin kifayət qədər imkanları var ki, münaqişənin ölü nöqtəsindən tərpənməsinə təsir etsinlər. Nəzərə alaq ki, Türkiyə Ermənistan ilə sərhəddinin açılmasıni birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir.
Millət vəkili Bəxtiyar Əliyev hesab edir ki, Minsk qrupu münaqişənin həlli ilə bağlı hətta səlahiyyətində olan təsir rıçaqlarından istifadə etmir: "Nəyə görə ATƏT-in Minsk qrupu, ona həmsədrlik edən üç ölkə-ABŞ, Rusiya və Fransa Ermənistana qarşı təzyiq göstərmir, həmin ölkəyə sanksiyalar tətbiq etmirlər? Beynəlxalq təşkilatların, xüsusən ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin cəbhədə baş verənlərə açıq-aşkar göz yumması və ikiüzlü siyasət yeritməsi cəmiyyəti narahat edir: "Ermənistan dünyada həm də terroru dövlət siyasəti səviyyəsinə qaldıran, terroru, terrorizmi, terrorçuları himayə edən bir ölkə imici qazanıb. Azərbaycan ictimaiyyəti də, bizimlə görüşən seçicilər, qaçqın-köçkünlərimiz də haqlı olaraq soruşurlar və tələb edirlər ki, nəyə görə ATƏT-in Minsk qrupu, ona həmsədrlik edən 3 ölkə - ABŞ, Rusiya və Fransa Ermənistana qarşı təzyiq göstərmir, həmin ölkəyə sanksiyalar tətbiqü etmirlər?". Minsk qrupu da daxil olmaqla beynəlxalq təşkilatların və söz sahibi olan dövlətlərin ikili standart nümayiş etdirdiyini diqqətə çatdıran millət vəkilinin fikrincə, Daqlıq Qarabağı işğalçılardan Azərbaycan ordusu xilas edəcək: "Aprel ayında və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan ordusu nə qədər güclü və qüdrətlidir. O, istənilən an düşmənin hücumlarına layiqli cavab vermək və onu yerində oturtmaq qüdrətinə malikdir. Eyni zamanda bu hadisələr bir də onu göstərdi ki, bütövlükdə Azərbaycan gəncliyi Vətənin müdafiəsinə hazırdır. Onlar hər an Vətənin müdafiəsinə qalxmağa hazırdırlar. Bu, bizim hər birimizi sevindirir və ruhlandırır". Görünın odur ki, Minsk qrupunda təmsil olunan ölkələrin dövlət maraqları vasitəçilik missiyasını üstələyir. Belə halda həmin dövlətlərdən münqaişnin ədalətli həlli istiqamətində hansısa addım ataılacağını gözləmək sadəlövlük olardı.
Nurlan