Daxili orqanında narkotik vasitə aşkar edildi
Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın şalvarının cibindəki siqaret qutusunda, eləcə də tibbi müayinə nəticəsində onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr – ümumi xalis çəkisi 101,286 qram olan tiryək və xalis çəkisi 1,235 qram olan heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
20 İyun 2017 13:14 KriminalAstara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın şalvarının cibindəki siqaret qutusunda, eləcə də tibbi müayinə nəticəsində onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr - ümumi xalis çəkisi 101,286 qram olan tiryək və xalis çəkisi 1,235 qram olan heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.