Monoqrafik broşura Avropa və Asiya ölkələrində yayımlanacaq

Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın LAP Lambert Academic Publishing nəşriyyatının sifarişi ilə türk dilində “Tarih ve kültür abidesi fenomenine muzeal yaklaşım” adlı monoqrafik broşurası işıq üzü görüb. Universitetdən “Olaylar” – a bildirilib ki, monoqrafik broşurada “Tarix və mədəniyyət abidəsi” fenomeninin status aspektləri muzeyşünaslıq kontekstində təhlil olunur, bu statuslu mədəni irs obyektlərinin dəyər potensialı qabardılır.

Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının müdiri, pedaqogika elmlər üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın LAP Lambert Academic Publishing nəşriyyatının sifarişi ilə türk dilində "Tarih ve kültür abidesi fenomenine muzeal yaklaşım" adlı monoqrafik broşurası işıq üzü görüb.

Universitetdən "Olaylar" - a bildirilib ki, monoqrafik broşurada "Tarix və mədəniyyət abidəsi" fenomeninin status aspektləri muzeyşünaslıq kontekstində təhlil olunur, bu statuslu mədəni irs obyektlərinin dəyər potensialı qabardılır.

Qeyd edək ki, monoqrafik broşura Türkiyədə deyil, eləcə də Avropa və Asiya ölkələrində də yayımlanması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31