Türkiyədən Almaniyaya "İncirlik"lə bağlı TƏKLİF
Rəsmi Ankara Almaniyaya Hərbi Hava Qüvvələrinin "İncirlik" aviabazasından çıxarılması barədə qərara yenidən baxmağı təklif edir. Bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.
20 İyun 2017 12:05 DünyaRəsmi Ankara Almaniyaya Hərbi Hava Qüvvələrinin "İncirlik" aviabazasından çıxarılması barədə qərara yenidən baxmağı təklif edir. Bunu Türkiyənin milli müdafiə naziri Fikri İşık deyib.
Nazir qeyd edib ki, Ankara heç kimə Türkiyəni İŞİD terror qruplaşması ilə mübarizəyə zərər vurmaqda ittiham etməyə imkan verməyəcək.
Qeyd edək ki, Almaniya hakimiyyəti qoşunlarının "İncirlik" hərbi bazasından çıxarılması zamanı ölkənin İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirakını müvəqqəti dayandırdığını və buna görə Türkiyənin məsuliyyət daşıdığını bəyan edib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31