Ən təhlükəli italyan mafioz saxlanıldı

Ən çox axtarışda olan italyan mafioz Polşada saxlanılıb. İtaliyanın "Kamorra" mafiya təşkilatının üzvü Antonio S.-i Polşa polisinin Mərkəzi İstintaq Bürosunun əməkdaşları saxlayıb. Həsbinə order verilən ən təhlükəli italyan cinayətkar Karpat bölgəsində gizlənmişdi. 

Ən çox axtarışda olan italyan mafioz Polşada saxlanılıb. İtaliyanın "Kamorra" mafiya təşkilatının üzvü Antonio S.-i Polşa polisinin Mərkəzi İstintaq Bürosunun əməkdaşları saxlayıb. Həsbinə order verilən ən təhlükəli italyan cinayətkar Karpat bölgəsində gizlənmişdi. Polisin məlumatına əsasən, Antonio S. "Kontini" mafiya dəstəsinin tərkibində fəaliyyət göstərib. 2011-ci ildə Neapol məhkəməsi beynəlxalq narkotik ticarətinə və mafiya təşkilatlarında iştiraka görə mafiozun 11 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul etmişdi. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31