Gənc Elçi Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənc Elçilər” Proqramının iştirakçısı Elmar İbrahimov Bolqarıstanın Bansko şəhərində keçirilən “Youth 4 peace” adlı layihədə iştirak edib. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, layihədə Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, Polşa, İspaniya, Birləşmiş Krallıq, Rumıniya və Kipr ölkələrindən 30 gənc təmsil olunub. Layihənin məqsədi gənclərin münaqişə idarəetməsi, sülhməramlılıq və qeyri-zorakılıq əsas mahiyyətlərini dərindən qavraması, iştirakçıları qeyri-zorakılığın mahiyyəti ilə tanış etmək, ondan istifadənin ən yaxşı yolu və sülhməramlılığın bərqərar olması üçün yerli vəziyyətlərə və şəraitə uyğunlaşdırılması və fəal çalışması üçün onların bilik və bacarıqlarını qeyri-rəsmi təhsil vasitəsilə inkişaf etdirilməsidir.

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Gənc Elçilər" Proqramının iştirakçısı Elmar İbrahimov Bolqarıstanın Bansko şəhərində keçirilən "Youth 4 peace" adlı layihədə iştirak edib. Milli Şuradan "OLAYLAR"-a bildirilib ki, layihədə Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, Polşa, İspaniya, Birləşmiş Krallıq, Rumıniya və Kipr ölkələrindən 30 gənc təmsil olunub. Layihənin məqsədi gənclərin münaqişə idarəetməsi, sülhməramlılıq və qeyri-zorakılıq əsas mahiyyətlərini dərindən qavraması, iştirakçıları qeyri-zorakılığın mahiyyəti ilə tanış etmək, ondan istifadənin ən yaxşı yolu və sülhməramlılığın bərqərar olması üçün yerli vəziyyətlərə və şəraitə uyğunlaşdırılması və fəal çalışması üçün onların bilik və bacarıqlarını qeyri-rəsmi təhsil vasitəsilə inkişaf etdirilməsidir.

Təlimlər zamanı Avropada son vaxtlar baş verən münaqişələr və gənclər sahəsində əməkdaşlıqla bağlı önəmli və faydalı, geniş sülhməramlı təşəbbüskarlığında gənclərin iştirakçılığının vacibliyi ilə bağlı müzakirələr aparılıb. Gənclər sülhməramlı fəaliyyətlər və qeyri-zorakı hərəkətlər və fikir mübadiləsi apararaq, təlimdə iştirak etməklə belə vəziyyətləri planlaşdırmaq və müdaxilə etmək bacarıqlarına yiyələniblər.

Məlumat üçün bildirək ki, "Gənc Elçilər" beynəlxalq təmsilçilik proqramının məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək "gənc elçilərin" yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31