“İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində növbəti mühazirə
Milli Azərbaycan Tarixi Muzeyində “O.Şmerlinq və İ.Rotterin “Molla Nəsrəddin” jurnalındakı yaradıcılığı” mövzusunda seminar keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə “İncəsənətə dair söhbətlər” layihəsi çərçivəsində baş tutub. “Azərbaycan Kazak Həmyerliləri” İctimai Birliyinin üzvləri, Muzey əməkdaşları tədbirdə iştirak ediblər. Seminarda Muzeyin elmi işçisi t.ü.f.d. Fuad Ağayev məruzə ilə çıxış edib. Natiq XX əsrin əvvəllərində rəssamlar - O.Şmerlinq və İ.Rotterin yaradıcılığında dini mövhumat və xurafat, çarizmin milli siyasəti, iqtisadi gerilik və digər sosial qüsurların tənqidinin mühüm yer tutduğunu bildirib.
19 İyun 2017 21:54 İncəsənətMilli Azərbaycan Tarixi Muzeyində "O.Şmerlinq və İ.Rotterin "Molla Nəsrəddin" jurnalındakı yaradıcılığı" mövzusunda seminar keçirilib. Muzeydən "Olaylar" - a bildirilib ki, tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi ilə birgə "İncəsənətə dair söhbətlər" layihəsi çərçivəsində baş tutub. "Azərbaycan Kazak Həmyerliləri" İctimai Birliyinin üzvləri, Muzey əməkdaşları tədbirdə iştirak ediblər.
Seminarda Muzeyin elmi işçisi t.ü.f.d. Fuad Ağayev məruzə ilə çıxış edib. Natiq XX əsrin əvvəllərində rəssamlar - O.Şmerlinq və İ.Rotterin yaradıcılığında dini mövhumat və xurafat, çarizmin milli siyasəti, iqtisadi gerilik və digər sosial qüsurların tənqidinin mühüm yer tutduğunu bildirib. Bu rəssamların Azərbaycanda karikatura sənətinin inkişafına misilsiz töhfə verdiyi vurğulandı. Qonaqlara mövzu ilə bağlı geniş məlumat verildi və müzakirələr aparıldı.
Sonda "Azərbaycan Kazak Həmyerliləri" İctimai Birliyinin başçısı ataman Sergey Samulyov bu maraqlı tədbirə görə Muzey əməkdaşlarına təşəkkürünu bildirdi. İştirakçılar gələcəkdə də bu cür tədbirlərdə iştirak emək istədiklərini qeyd etdilər.