Muzeydə I Respublika elmi konfransı keçiriləcək
İyunun 20 –də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası” mövzusunda I Respublika elmi konfransı keçiriəcək. Muzeydən “Olaylar” – a bildirilib ki, konfrans çərçivəsində muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri, arxiv və kitabxana işinin təşkili, müasir cəmiyyətdə muzey.
19 İyun 2017 22:07 İncəsənətİyunun 20 -də AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Muzey, arxiv və kitabxanalarda mühafizə edilən milli dəyərlərin tədqiqi, təbliği, qorunması və bərpası" mövzusunda I Respublika elmi konfransı keçiriəcək. Muzeydən "Olaylar" - a bildirilib ki, konfrans çərçivəsində muzeylərdə elmi, fond və ekspozisiya işində milli dəyərlərin yeri, arxiv və kitabxana işinin təşkili, müasir cəmiyyətdə muzey. Yeni inkişaf yollarının axtarışı, arxiv və kitabxana fondlarında milli dəyərlərin mühafizəsi və qorunması, muzey, elm və təhsil: partnyorluq, təcrübə, perspektivlər, muzey, kitabxana və arxivlərdə bərpa və konservasiya işinin təşkili, gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu mövzularının müzakirəsi nəzərdə tutulur.