"Donnarumma hətta ölümlə təhdid olunurdu"
"Milan"ın gənc qapıçısı Canluici Donnarummanın agenti Mino Rayola ötən gün mətbuat konfransı keçirib. İtaliyalı menecer bunları deyib: "Başqa yol yox idi. İstəmədiyimiz qərar qəbul etməli olduq. Pul məsələsi deyil. Bizi təhdid edirdilər. Donnarummanın ailəsinə hədə-qorxu gəlirdilər. Hətta ölüm təhdidləri də vardı. Amma bunlarla futbolçunu saxlamaq qeyri-mümkündür. Donnarumma növbəti mövsüm oynamaya bilər. Onun ustalığını nəzərə alsaq, bu qərar inanılmazdır.
19 İyun 2017 14:43 İdman"Milan"ın gənc qapıçısı Canluici Donnarummanın agenti Mino Rayola ötən gün mətbuat konfransı keçirib. İtaliyalı menecer bunları deyib: "Başqa yol yox idi. İstəmədiyimiz qərar qəbul etməli olduq. Pul məsələsi deyil. Bizi təhdid edirdilər. Donnarummanın ailəsinə hədə-qorxu gəlirdilər. Hətta ölüm təhdidləri də vardı. Amma bunlarla futbolçunu saxlamaq qeyri-mümkündür. Donnarumma növbəti mövsüm oynamaya bilər. Onun ustalığını nəzərə alsaq, bu qərar inanılmazdır.
Lakin məsələ buna doğru gedir. Buraxılış qiymətindən söhbət belə getmədi. Dərinə gedə bilmədik. Bunu, adətən danışıqlar 95% başa çatandan sonra müəyyənləşdirirlər. Donnarumma yeni müqavilə imzalamağa hazır idi. Buna şübhəniz olmasın. Buna baxmayaraq yaranmış situasiya danışıqlardan imtina etməyimizə səbəb oldu". Goal.az