Savadlı cütlüklər arasında boşanma az olur

Virciniya Universitetinin tədqiqatçıları nikah istəyinin birbaşa təhsildən asılı olması qənaətindədirlər. Onların məlumatına görə, son 30 ildə nikahdankənar doğuşların səviyyəsi 13 faizdən 44 faizə yüksəlmişdir. Dünyaya nikahdankənar uşaq gətirənlərin valideynləri yalnız məktəb təhsili alan “orta amerikalılardır”. Nisbətən azsavadlı amerikalı cütlüklər arasında da boşanma halları çoxluq təşkil edir. Əvəllər onlar arasında ilk nikahın pozulmaması 73 faiz idisə, indi bu göstərici 45 faizə düşmüşdür.

Virciniya Universitetinin tədqiqatçıları nikah istəyinin birbaşa təhsildən asılı olması qənaətindədirlər. Onların məlumatına görə, son 30 ildə nikahdankənar doğuşların səviyyəsi 13 faizdən 44 faizə yüksəlmişdir. Dünyaya nikahdankənar uşaq gətirənlərin valideynləri yalnız məktəb təhsili alan "orta amerikalılardır". Nisbətən azsavadlı amerikalı cütlüklər arasında da boşanma halları çoxluq təşkil edir. Əvəllər onlar arasında ilk nikahın pozulmaması 73 faiz idisə, indi bu göstərici 45 faizə düşmüşdür.

Maliyyə cəhətdən imkanlı amerikalılar (onlar ölkə əhalisinin üçdə birini təşkil edirlər)-ali təhsilli və elmi dərəcəsi olanlar arasında vəziyyət tamamilə başqadır. Bu sıradan olan əhali arsında son 10 il ərzində nigahdahkənar doğuşlar yalnız 2 faizdən 6 faizə qədər artmışdır. Onlar arasında ilk möhkəm nikahın pozulmaması 73 faiz təşkil edirdisə, indi bu rəqəm 56 faizə enmişdir.

Tədqiqatlar göstərmişdir ki, "orta amerikalılar" imkanlı və təhsilli həmvətənlərindən fərqli olaraq, nikaha meylli əhval-ruhiyyədə deyillər. Möhkəm ailədə böyüyən uşaq isə həyatda daha çox uğur qazana bilir. O, asanlıqla təhsil alır, yaxşı iş tapır, həmçinin özünün xoşbəxt ailəsi olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31