Həftədə 3 dəfə yeyib Günəşlə qidalanan ailə: "Bizi səma doydurur"

Biz kainatın enerjisindən qidalanırıq və özümüzü çox gümrah, sağlam hiss edirik. İki övlad anası Kamila Kastello belə deyir. Kamila və əri Akahi Rikardo həftədə cəmi 3 dəfə yemək yediklərini, "kainatın enerjisi" ilə qidalandıqlarını deyirlər.

A.Rikardo "bizi səma doyurur" söyləyib. Əslən Ekvadordan olan 36 yaşlı A.Rikardo və onun xanımı, 34 yaşlı K.Kastello ABŞ-ın Kaliforniya ştatında yaşayırlar. Onlar aclıq hissini unutduqlarını iddia edirlər. "Sadəcə, özümüzdə və kainatda olan enerji bizə yetir. İlk övladıma hamilə olanda yoqa ilə məşğul olurdum. 9 ayda cəmi 5 dəfə "normal" nahar etdim. Bilirsinizmi, insanlar ətrafdakı əşyalarda, aləmdə olan enerjidən, tənəffüs vasitəsilə tənzimləyə bildikləri gücdən faydalana bilsələr, yeməyə ehtiyac qalmır", - K.Kastello deyib. O, "bretarian" olduqlarını vurğulayıb. 2005-ci iləd tanış olan, 2008-ci ildə evlənən Akahi və Kamillə Cənubi Amerika ölkələrində səyahətdə olarkən bu yaşam tərzini seçiblər. Onlar 21 günlük "tənəffüs prosesi" rejimi ilə yaşayırlar. Bu prosesin ilk 7 günündə heç nə yeyilmir, ikinci 7 gündə yalnız su və su qatılmış meyvə şirvəsi içilir, üçüncü 7 günlükdə isə meyvə şirələri və su içilir. Milli.az The Guardian-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31