Arvadının deyinməsindən bezib bank yarmışdı ki, həbs olunsun

Amerika Birləşmiş Ştatlarının Kanzas əyalətində qəribə oğurluq hadisəsi baş verib. Oğurluğu 70 yaşlı Lourens Con Ripl törədib. İstintaq zamanı məlum olub ki, oğurluğa səbəb heç də Lourens Conun maddi ehtiyacları və buna bənzər səbəblər deyilmiş. Lourens öz ifadəsində bildirib ki, arvadı həddən artıq deyingən insandır və buna görə də evdən qurtulmaq üçün cinayət törətməyə qərar verib.

Məhkəmə Lourensin infarkt keçirdiyini, bir neçə dəfə ürəyindən əməliyyat olunduğu və bu xəstəlikləri üzündən depressiv həyat tərzi yaşadığını nəzərə alaraq, onu 6 ay müddətinə ev həbsilə cəzalandırıb. Publika.az xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31