İnternet vasitəsilə bankdan pul çıxaran tutulub
Cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək banklardan birindəki hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib. DİN-dən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
16 İyun 2017 16:19 KriminalCari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək banklardan birindəki hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib. DİN-dən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.