Şahin Mustafayev beynəlxalq konfransda
Qazaxstanın Almatı şəhərində UNESCO-nun Orta Asiya ölkələri üzrə klaster bürosu və Qazaxstanın “Mədəniyyətlərin yaxınlaşması” Mərkəzi Dövlət Muzeyi tərəfindən ortaq təşkil edilmiş “İpək Yolu üzərində Qazaxstanda və Orta Asiyada dinlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın işində Qazaxstanlı elm adamları ilə yanaşı, müxtəlif ölkələrdən, o cümlədən, İtaliya, Belçika, ABŞ, Rusiya, Özbəkistan, Qırğızıstan və Azərbaycandan dəvət edilmiş alimlər iştirak ediblər. Ölkəmizi bu elmi tədbirdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev təmsil edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, Şahin Mustafayev “Monqol dövründə Azərbaycanda və Cənubi Qafqazda dini vəziyyətin bəzi cəhətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
16 İyun 2017 15:30 SosialQazaxstanın Almatı şəhərində UNESCO-nun Orta Asiya ölkələri üzrə klaster bürosu və Qazaxstanın "Mədəniyyətlərin yaxınlaşması" Mərkəzi Dövlət Muzeyi tərəfindən ortaq təşkil edilmiş "İpək Yolu üzərində Qazaxstanda və Orta Asiyada dinlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın işində Qazaxstanlı elm adamları ilə yanaşı, müxtəlif ölkələrdən, o cümlədən, İtaliya, Belçika, ABŞ, Rusiya, Özbəkistan, Qırğızıstan və Azərbaycandan dəvət edilmiş alimlər iştirak ediblər. Ölkəmizi bu elmi tədbirdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev təmsil edib. Akademiyadan "Olaylar" - a bildirilib ki, Şahin Mustafayev "Monqol dövründə Azərbaycanda və Cənubi Qafqazda dini vəziyyətin bəzi cəhətləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Konfransın sonunda yekun qətnamə qəbul olunub və qeyd edilib ki, müasir dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsinə ehtiyacın artdığı bir dövrdə bəşəriyyətin mədəni mirasının qorunması və öyrənilməsi, xüsusilə xalqlar arasında mədəni körpülər yaradan qədim İpək Yolu təcrübəsinin diqqətlə nəzərə alınması getdikcə daha çox aktuallıq qazanır.