Sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamaqda maraqlı deyillər

Hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı onun aparılan sosial siyasətə və əhalinin həyat səviyyəsinə real təsiri, ümummilli məhsul artımının hər bir cəmiyyət üzvünün rifahında təcəssümünü tapması prinsipləri əsasında qiymətləndirilir. Prezident İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru da iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Məhz bui iqtiqamətdə görülən işlərin nəticəsidir ki, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Vətəndaşların rifah halının yaxşılaşmasına yönələn növbəti addımlardan biri də“İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsinin hazırlanmasıdır. Bəs, yeni qanun özündə hansı sosial müddəaları ehtiva edir?  

Deputat: "Onlar işsizliyə görə də müavinət ödəməli olsalar, bu halların sayı daha da artacaq"

Hər bir cəmiyyətin iqtisadi inkişafının səmərəlilik əmsalı onun aparılan sosial siyasətə və əhalinin həyat səviyyəsinə real təsiri, ümummilli məhsul artımının hər bir cəmiyyət üzvünün rifahında təcəssümünü tapması prinsipləri əsasında qiymətləndirilir. Prezident İlham Əliyevin iqtisadi inkişaf modelinin ən mühüm uğuru da iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. Məhz bui iqtiqamətdə görülən işlərin nəticəsidir ki, bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Vətəndaşların rifah halının yaxşılaşmasına yönələn növbəti addımlardan biri də"İşsizlikdən sığorta haqqında" yeni qanun layihəsinin hazırlanmasıdır. Bəs, yeni qanun özündə hansı sosial müddəaları ehtiva edir?  

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, yeni qanun layihəsi işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Qanun layihəsinin məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Qanun layihəsi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı, yaxud ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Bu qanun layihəsi siyasi vəzifə tutan şəxslərə şamil edilmir. Minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Sığorta ödənişi almaq üçün sığortaolunan müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Ərizənin forması və ərizəyə əlavə olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti bu qanun layihəsinin 17.1-ci maddəsinə əsasən təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir. Belə ki, ilk 2 təqvim ayı üçün 100 faiz, 3-4-cü təqvim ayları üçün 80 faiz, 5-6-cı təqvim ayları üçün 70 faiz ödənilir. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir. Eyni zamanda, təkrar müraciət zamanı təyin olunan sığorta ödənişi bu qanun layihəsinin 13.6-cı maddəsində müəyyən olunmuş müddətdə hər ay üçün bərabər məbləğdə ödənilir. Komitə sədri bildirib ki, sığorta ödənişini alan şəxs ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanına fərdi məşğulluq proqramının icrası barədə hesabatı şəxsən təqdim etməlidir. Hesabat təqdim olunan zaman sığorta ödənişini alan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təkliflər təqdim oluna bilər. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydası, sığorta ödənişi alan şəxslərin işə düzəlmək üçün işəgötürənlərə müraciət etmələri və aktiv tədbirlərdə iştirakı barədə məlumatların da əks olunduğu hesabatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İşsizlikdən sığorta vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş qaydada ödənilən sığorta haqları, qanun layihəsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar, "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar, bank kreditləri, qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr hesabına formalaşır. H.Rəcəbli qeyd edib ki, sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq: "Bununla da, işsizliyə görə müavinət 2016-cı il ilə müqayisədə 3 dəfə çox olacaq və daha çox insana işsizliyə görə müavinət vermək mümkün olacaq".

Qanun layihəsində isə bir sıra məsələlər dəqiqliyi ilə göstərilib. Belə ki, sənəddə işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i sığorta haqqının ödənilməsini nəzərdə tutur. Qanun layihəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib. Layihəyə görə sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək. Bu kimi faktlar deməyə əsas verir ki, yeni qanun sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınmasına hesablanıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31